Diqqət mərkəzi
Vladiqafqazda Cümhuriyyətin 100 illiyi qeyd olunub – Təntənəli mərasim
A
Vladiqafqazda Cümhuriyyətin 100 illiyi qeyd olunub – Təntənəli mərasim
16:48 26.05.2018

Şimali Osetiya – Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təntənəli mərasim keçirilib.

Rusiya  Azərbaycanlıları Konqresinin Şimali Osetiya – Alaniya Respublikası üzrə nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun fəxri prezidenti, Respublikanın insan haqları üzrə müvəkkilinin köməkçisi Şahin Məmmədov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, mürəkkəb tarixi şəraitdən, Azərbaycan xalqının azadlıq mübarizəsindən və bu günkü Azərbaycan Dövlətinin qüdrətindən söz açıb.

Müstəqilliyimizin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin göstərdiyi böyük xidmətlərdən bəhs edən Ş.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik tariximizə göstərdiyi münasibət, Cümhuriyyət tarixinin araşdırılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə də geniş məruzə ilə çıxış edib.

Rusiya  Azərbaycanlıları Konqresinin Şimali Osetiya – Alaniya Respublikası üzrə nümayəndəliyinin sədri Murtuza Gülməmmədov çıxışını Cümhuriyyətin ordu quruculuğuna və Azərbaycan Ordusunun bu günkü imkanlarına həsr edib. Qeyd edib ki, bu gün Azərbaycan Ordusu Qafqazın ən qüdrətli ordusudur.

Növbəti çıxışçılar – Diaspor fəalları Ələkbər Quliyev, Suliddin Qasımov, İlyas Muxtarov, Vahid Rüstəmov və digərləri çıxış edərək, xalqın azadlıq ruhunun yüksəlməsində Cümhuriyyətin oynadığı roldan danışıblar. Qeyd olunub ki, Azərbaycanın bu günkü qüdrəti xaricdə yaşayan Azərbaycanlıların qürur mənbəyidir. “Azərbaycan bizim tarixi vətənimizdir. Biz onun uğurlarına sevinirik. Qoy Azərbaycan daha ha inkişaf etsin və daha böyük nailiyyətlərə imza atsın” – deyə, tədbirdə vurğulanıb.

Rəsmi hissədən sonra tədbir ziyafət və əyləncəli proqramla davam etdirilib.

Baxılıb: 4020
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: