Diqqət mərkəzi
Prezident İlham Əliyev Ramiz Mehdiyevi "Şöhrət" ordeni ilə təltif edib
A
Prezident İlham Əliyev Ramiz Mehdiyevi
13:25 16.04.2018
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 16-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.

APA-nın xəbərinə görə, Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Administrasiya rəhbəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər əldə olunub. O, bir daha prezidentə minnətdarlıq edib.
Baxılıb: 1431
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: