Diqqət mərkəzi
Prezident seçkilərində saat 10:00-a olan seçici fəallığı açıqlandı
A
Prezident seçkilərində saat 10:00-a olan seçici fəallığı açıqlandı
11:09 11.04.2018
Azərbaycanda prezident seçkilərinin saat 10:00-a olan nəticələri məlum olub.

Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.

Ümumilikdə Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Prezident seçkilərində səsvermə saat 19:00-da başa çatacaq.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə bundan sonra saat 12:00, 15:00, 17:00 və 19:00-da məlumat veriləcək.

Baxılıb: 1921
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: