Diqqət mərkəzi
Ramin Əhmədov: "Gördülər ki, bu ölkədə istədiklərini həyata keçirə bilməyəcəklər"
A
Ramin Əhmədov:
13:10 09.04.2018
"Biz ölkəmizə qarşı açılmış virtual savaşdan qalib çıxdıq. Azərbaycanı hədəf götürənlər gördülər ki, bu ölkədə istədiklərini həyata keçirə bilməyəcəklər. Gördülər ki, xalq öz rəhbərinə sadiqdir və ölkədəki sabitliyi, Azərbaycanın daha da güclənməsinə aparan yolu heç nəyə qurban verməz!"

AZƏRFAKS  xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov facebook sosial şəbəkəsindəki hesabında yazaraq seçicilərə çağırış edib: "Artıq seçki kampaniyası başa çatmaq üzrədir. Cəmi iki gündən sonra Azərbaycan vətəndaşları növbəti 7 ildə dövlətin sükanı arxasında kimin dayanacağı sualına aydınlıq gətirəcəklər. Amma indidən tam əminliklə söyləyə bilərik ki, Azərbaycan əhalisi heç bir tərəddüd etmədən hazırkı Prezidentimiz cənab İlham Əliyevə etimad göstərəcəklər. Ötən müddət ərzində dövlətimizə qarşı ən müxtəlif formalarda qarayaxma kampaniyaları aparıldı. Avropa ölkələrində məskunlaşmış xain qruplar tərəfindən Ölkə rəhbərliyinə və şəxsən dövlət başçısına qarşı təhqir elementləri ilə müşayət olunan xətt yürüdüldü. Sosial şəbəkələrdə müxtəlif səhifələr açıldı, Youtube üzərindən çağırış videoları yaydılar, müxtəlif aksiyalar düzənlədilər, ölkəni qarışdırmağa, insanları qarşıdurmalara həvəsləndirməyə hesablanmış mesajlar ötürdülər. Lakin bütün bunlar heç bir nəticə vermədi. Azərbaycan vətəndaşları söyüş makinasını dəstəkləmədi və bu iyrənc “mübarizə” metoduna qarşı mütəşəkkil şəkildə etiraz səsi ucaldıldı.

Bəli, biz ölkəmizə qarşı açılmış virtual savaşdan qalib çıxdıq. Azərbaycanı hədəf götürənlər gördülər ki, bu ölkədə istədiklərini həyata keçirə bilməyəcəklər. Gördülər ki, xalq öz rəhbərinə sadiqdir və ölkədəki sabitliyi, Azərbaycanın daha da güclənməsinə aparan yolu heç nəyə qurban verməz! Səslərinə səs verən olmadı, sayları artmadı, boyları Facebook-dan o tərəfə uzanmadı...

Əziz dostlar! İndi bizim qarşımızda duran ən əsas vəzifə seçki kampaniyası dövründə göstərdiyimiz mütəşəkkilliyi aprelin 11-də - seçki günündə də nümayiş etdirməkdir. Mən sizin hər birinizi aprelin 11-də seçki məntəqələrinə dəvət edirəm. Gəlin seçki günü də bir yumruq kimi bir olub, Azərbaycanı sevməyən, onun uğurlarını həzm edə bilməyən qüvvələ göstərək ki, biz bir ailəyik və bu ailəyə kəm baxan istənilən gözü ovmağa qadirik.

Gələcəyimiz səsimizdədir – İNAMLA irəli!

Bizim hamımızın bir lideri var – İLHAMLA irəli!"

Baxılıb: 2106
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: