İdman
“Tank” ləqəbli kikboksçumuz Almaniyada dünya kəmərini qazandı
A
“Tank” ləqəbli kikboksçumuz Almaniyada dünya kəmərini qazandı
13:17 12.03.2018
Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turniri keçirilib. 

“Qala turnir və böyük oyun” kimi tanınan bu yarışmaya dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli(Mix-Fight) kikboksçular qatılıb.

Böyük Oyunda Azərbaycanı peşəkar kikboksçumuz, müxtəlif beynəlxalq turnirlərin qalibi Xəyal Əhmədovtəmsil edib.

K 1 verisyası üzrə 80 kq çəki dərəcəsində rinqə çıxan idmançımız almaniyalı kikboksçu Rinus Douma üzərində parlaq qələbə qazanaraq dünya kəmərinə sahiblənib. 
X.Əhmədov bundan əvvəl də Almaniyada keçirilmiş beynəlxalq qarşılaşmalarda Azərbaycanı uğurla təmsil edib. Almaniyanın Vuppertal şəhərində A1WCC versiya üzrə keçirilmiş turnirdə X.Əhmədov erməni rəqibini nakauta salaraq parlaq qələbə qazanmışdı.

Budəfəki turnir Bohum şəhərinin ən böyük arenasında – “RuhrCongress”də təşkil olunub.

Qeyd edək ki, X.Əhmədov Azərbaycan bayrağını beynəlxalq yarışlarda ucaltdığı üçün Prezident İlham Əliyev tərəfindən "Fəxri Diplom"la mükafatlandırılıb.


Baxılıb: 2392