Diqqət mərkəzi
Qənirə Paşayeva üçün ÖZƏL GÜN
A
Qənirə Paşayeva üçün ÖZƏL GÜN
13:58 07.03.2018
Bu gün millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü  Qənirə Paşayevanın doğum günüdür. 

Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bil
ir.
1998-ci ildən ANS telekanalının Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 

2005-ci il noyabrın 6-da 105 saylı Tovuz seçki dairəsindən deputat seçilib. 2010 və 2015-ci illərdə növbəti dəfə millət vəkili adın qazanıb.

AZƏRFAKS adından Qənirə xanımı təbrik edir, işlərində uğurlar arzulayırıq.
Baxılıb: 2870
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: