Diqqət mərkəzi
DYP rəisi ilə baş redaktor arasında gərginlik
A
DYP rəisi ilə baş redaktor arasında gərginlik
12:58 07.03.2018
“Bərdəyə valideynimi ziyarət etməyə getmişdim. Rayonda olarkən bir qrup yerli sürücü DYP əməkdaşlarının qanunsuz hərəkətlərini ictimailəşdirməyi xahiş etdilər. Onlar təzyiqlə üzləşmək təhlükəsi olduğu üçün adlarını açıqlamaq istəmədilər”. 

Bunu Anaxeber.az saytının baş redaktoru Azər Talıbov Bərdənin DYP rəisi ilə aralarında yaranmış gərginliyə aydınlıq gətirərkən deyib. Onun  sözlərinə görə, bir jurnalist kimi sayt vasitəsi ilə vətəndaşların problemini Daxili İşlər naziri Ramil Usubova çatdırıb. Bundan sonra isə Bərdə DYP-nin rəisi A.Cəlilov baş redaktor barəsində prokurorluğa şikayət edəcəyini bildirib. O, jurnalistdən şikayət edən sürücülərin adlarını açıqlamağı tələb edir. 

“Bu isə “KİV haqqında qanun”a tamamilə ziddir və jurnalistin belə bir öhdəliyi yoxdur. Əgər dövlət və ordu ilə bağlı sirr deyilsə, jurnalist məhkəmədə belə mənbənin kimliyini açıqlamağa borclu deyil” – deyə, baş redaktor qeyd edib. 

A.Talıbov əlavə edib ki, sürücülərin adlarını açıqlamamasının yalnız bir səbəbi var: “Rəis baş redaktoru hədələyə bilirsə, o halda sürücülər adlarını mətbuata açıqlasaydılar, görün onların başına nə oyun açacaqdı. Bərdənin yol polisi rəisi jurnalistlə hədə leksikonunda danışırsa, sürücülərin adlarını açıqlamadan qorxmaları başadüşülən haldır. Prezident də bildirib ki, ictimai nəzarət güclənməlidir. Bu nəzarətin bir qolu da mətbuatdır. Biz jurnalistlər də insanların şikayətlərini yuxarı insatansiyalar qarşısında qaldırırıq. Amma Anar Cəlilov məni təhdid edir”. 

A.Talıbov əlaqədar qurumlardan məsələni nəzarətə götürməyi xahiş edib.
 
“Deyir mənbəni açıqla. Mənbə Bərdədəki sürücülər, yük maşını, taksi şoferləri və s. avtomobili olan insanlardır. Mənim də vəzifəm sürücülərin dediklərini cənab nazirin nəzərinə çatdırmaqdır. Amma Anar Cəlilov buna görə məni hədələyir” – deyə, A.Talıbov əlavə edib. 

Məsələ ilə bağlı Bərdə rayon DYP şöbəsi ilə əlaqə yaratmağa çalışsaq da, təəssüf  ki, zənglərimizə cavab verən olmadı. Bununla belə, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Baxılıb: 2253
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: