Şou
Xumar Qədimovaya kim nəzarət edir? - "Hə" demək çətindir"
A
00:01 05.12.2014


"AzerFax"
axşam.az-a istinadən xəbər verir ki, “Onlar” verilişinə açıqlama verən sənətçi yalnız olduğunu etiraf edib:

“Hamı həyatımda sevdiyim birinin olub-olmadığını soruşur. Elə adam yoxdur, məni istəyənlər var, amma seçim uzanır. Üstümdə nəzarət var, bunu gizlədə bilmərəm. Fikirləşirəm ki, kimə aşiq olum. Nəzarət edənlərə hörmətim var. Kiməsə "hə" demək çətindir. Sevgidən bəhs edən bir mahnı oxumaq üçün mütləq yanında kiminsə olması, kiməsə toxunmaq vacib deyil. Sevgi olmaya-olmaya da bunu bacarmaq böyük hissdir. Bilmək olmaz, gün doğmadan nələr doğar”. 

Yaradıcılığındakı yeniliklərdən söz açan X.Qədimova “Təsbeh” mahnısına olan sevgidən danışıb: 

“Bu ifamı bütün Türkiyə sevdi. Hətta türk sənətçilərinin – Ebru Gündeşin ifası ilə müqayisə olundu. Onlar da etiraf etdilər ki, mən türklərdən yaxşı oxumuşam. Yeni mahnı hazırlayıram. Əmrahın “Bizi kimsə ayıramaz” mahnısını oxuyacam. Bunu bacım Matan istəyib. Yeni aranjimanda, fərqli ifada elə bir “damar” mahnı gəlir ki...”.

 

Baxılıb: 858