Diqqət mərkəzi
Avropanın “stavkası” - Bandit dəstəsi, yoxsa təhlükəsizlik?
A
Avropanın “stavkası”  - Bandit dəstəsi, yoxsa təhlükəsizlik?
12:43 16.02.2018
Ramin ƏHMƏDOV


“Mühacir” adı ilə ölkədən gedən bir qrup xain Avropanın müxtəlif şəhərlərində Azərbaycan hakimiyyətinə qarşı “etiraz aksiyaları” keçirir. 10-15 nəfərin toplandığı həmin “aksiyalarda”, əsassız bəyanatlar səsləndirilir, etik qaydalara sığmayan davranış nümunələri sərgilənir. 

Bu adamların daha çox istifadə etdiyi tezis isə guya ki, Azərbaycan hakimiyyətinin Avropa ölkələri ilə münasibətinin pisləşməsi, hətta gərgin məcraya yönəlməsi ilə bağlıdır. Hesab edirlər ki, bu cür “mitinq” və “piketlər”lə Avropanın aparıcı dövlətlərini Azərbaycana qarşı “daha sərt” mövqe tutmağa həvəsləndirəcəklər. Bax, elə təkcə bu davranışları ilə nə qədər kütbeyin və gerizəkalı olduqlarını açıq şəkildə nümayiş etdirirlər. Dayaz dünya görüşünə malik bu tip adamlar qlobal səviyyədə cərəyan edən siyasi prosesləri təhlil edə bilmir, ölkələr arasındakı iqtisadi münasibətlərin hansı konturlara söykəndiyini müşahidə etməyi bacarmırlar. Bir neçə dəfə izləmişəm və ona görə də tam əminliklə söyləyə bilərəm ki, Avropa şəhərlərinin küçələrində veyillənən və kimlərinsə sifarişi ilə ara-sıra “mitinqlər” keçirən həmin o dəstənin bütün fikir və hərəkətləri təxribat xarakterlidir. Bu adamların siyasi bilikləri ibtidai səviyyədə də deyil. Belə olmasaydı ən azı Azərbayacanın təşəbbüskarı və əsas iştirakçısı olduğu layihələrə diqqət edər və bu kimi nəhəng işlərə Avropanın hansı əsaslarla böyük maliyyə dəstəyi ayırdığını özləri üçün müəyyən edərdilər. Uzağa getməyək, təkcə Cənub Qaz Dəhlizi layihəsi kifayətdir ki, Avropanın Azərbaycanla münasibətlərinin hansı səviyyədə olduğunu təxmin edəsən. Avropa bazarlarına hədəflənmiş bu layihə aydındır ki, uzaq perspektivlərə hesablanır və belə nəhəng layihələrdə əsas etibarı ilə tərəfdaşlıq standarlarının bütün parametrlərinə cavab verən hökumətlərə “stavka” olunur. 

Sözsüz ki,  Azərbaycanda idarəçilik səviyyəsi, sosial-iqtisadi vəziyyət, ictimai-siyasi ab-hava, təhlükəsizlik məsələləri və s. xüsusi əhəmiyyətə malik istiqamətlərdir və bu istiqamətlər üzrə Azərbaycanın göstəriciləri kifayət edir ki, mövcud hakimiyyət ciddi və təminatlı partnyor kimi qəbul olunsun. Burada təhlükəsizlik və ictimai-siyasi sabitlik şübhəsiz ki, əlahiddə əhəmiyyətə malik faktorlardır. Tam əminliklə deyə bilərik ki, bu gün Avropa İlham Əliyevi Azərbaycandan başlanğıc götürən bütün transmilli layihlərin və bu layihələrin davamlılığını təmin edəcək sabitliyin qarantı kimi qəbul edir. Təhlükəsizilik mühüm şərtdir və Avropa heç bir halda bu faktoru 5-6 şuluq uşağın və onlara “ruh” verən siyasət dəllallarının hikkəsinə qurban verməz. Biraz da açıq yazacam: Həmin tərbiyyəsiz küçə uşaqları deyir ki, ölkədə diktatura var. Soruşuram: diktatura olan ölkələrdə Prezidenti təhqir etmək, onun karrikaturalarını hazırlamaq mümkün olardımı? Diktatura olan ölkədə Avropada keçirilən “mitinqlərin” videosunu yaya bilərdilərmi?  Ümumiyyətlə, belə ölkələrdə Facebookun nəinki özünə, baş hərfinə belə rast gəlmək mümkündürmü? Əlbəttə ki, heç bir halda yox! Amma baxın, tərbiyyə sarıdan ciddi korluq çəkənlər Azərbaycanın dövlət başçısının ünvanına ağır təhqiramiz ifadələr işlədir və bunu əks etdrən videoları buradakı saytlarında və FB səhifələrində paylaşırlar. Diktatura olan ölkədə buna kiminsə cəhd belə etməsini ağlınıza gətirirsinizmi? Əlbəttə ki, Avropa da bunu və ümumən ölkədəki vəziyyəti görür, insanların rahat və əminəmanlıq şəraitində yaşadığını, ölkədəki sosial-iqtisadi vəziyyəti, ümumdaxili məhsulun artım tempini, işsizliyin səviyyəsini və yoxsulluq həddini təhlil edir, digər ölkələrlə müqayisələr aparır və sizi əmin edirik ki, gəldikləri qənaət Azərbaycan hakimiyyətinə qarşı hər hansı mənfi meyillərin meydana gəlməsi üçün əsas yaratmır.İşsizlik, sosial problemlər avropada da var. Hər birimiz Avropanın mərkəzi şəhərlərində küçədə yatan insanlara, evsiz-eşiksiz dilənçilərə rast gəlirik. Amma bu heç də həmin ölkənin “fəlakətli” vəziyyətdə olduğunu iddia etməyə əsas vermir və qlobal hesablamalarda tamam alayı göstəricilərə diqqət yetirilir. 

Təkrar edirəm: Azərbaycan Avrpanın strateji partnyorudur və bu faktor İlham Əliyevin mütərəqqi  idarəçilik prinsiplərinə cavab verməsi gerçəkliyindən qaynaqlanır. Burada bir məsələyə də diqqətinizi yönəltmək istərdik. Əslində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dünən Bakıda keçirilmiş dördüncü toplantısı Avropa-Azərbaycan münasibətləri kontekstində bir çox suallara aydınlıq gətirdi. Bu yüksək səviyyəli tədbir mühüm mesajlarin verilməsi baxımından da diqqət çəkdi. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin fikirlərinə diqqət edək: “Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti çox vacibdir və bu, gələcəkdə daha da artacaq... Avropa Komissiyası adından Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli münasibətlərdə müsbət ab-havanın və yeni dinamizmin olduğunu təqdirəlayiq hal  hesab edirəm”.

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnionun açıqlaması da kifayət qədər diqqətçəkəndir: “Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Avropanın təhlükəsizliyini gücləndirəcək və Avropa ABŞ-ın güclü tərəfdaşı olacaq. ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsindəki irəliləyişdən razıdır”.
Bu sırada İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarottonun və digər ölkələrin rəsmi şəxslərinin bəyanatlarını da göstərəmək olar. 

Nəhayət gəlirik Azərbaycan Prezidenti cənab İlham Əliyevin fikirlərinə. Hesab edirik ki, cənab Prezidentin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısındakı çıxışı Azərbaycan-Avropa münasibətlərinin kifayət qədər dərin və möhkəm tellərlə bağlı olduğunu növbəti dəfə açıq və aydın şəkildə ortaya qoydu. “Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq”. Təkcə bu bəyanat bir çox suallara verilən konkret cavab kimi qəbul olunmalıdır. Cənab Prezidentin Azərbaycanın qaz potensialı barədə dedikləri isə “uzun müddətli təchizatçılıq” xüsusunda fikirlərinin tamamilə əsaslı olduğunu göstərdi. Diqqət edək:  “Tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyimiz başqa bir yataq “Qarabağ” adlanır: "Həmçinin böyük qaz potensialı olan iki yataq - “Dan ulduzu” və “Əşrəfi”. Beləliklə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur - 2,6 trilyon kubmetr qaza bərabərdir və əminəm ki, daha çox olacaq. Çünki bizim təcrübəmiz onu göstərir ki, ilkin olaraq gözlənilən ehtiyatlar əvvəlkindən xeyli çox olur. Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır”. 

Başqa şərhə ehtiyac varmı? Odur ki, qoy Avropadakı “mahicir” bandit dəstəsinin üzvləri gedib zurnalarını başqa məhlədə çalsınlar. Avropa Azərbaycanı o qədər aydın şəkildə görürür ki, 5-6 nəfərin şəxsi maraqlara söykənən iddiası mövcud münasibətlərə təsir edə bilməz. Avropaya təhlükəsiz və inkişaf xəttində olan Azərbaycan lazımdır. 
Baxılıb: 4785
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: