İqtisadiyyat
Gəncədəki Grand Qafqaz Ticarət Kompleksi - 8 min yeni iş yeri, təmiz və rahat bazar
A
Gəncədəki Grand Qafqaz Ticarət Kompleksi - 8 min yeni iş yeri, təmiz və rahat bazar
08:52 18.01.2018
Azərbaycan memarlığına xas olan üslubda 2014-cü ildə inşasına başlanılmış “Bazar Store” MMC-nin Grand Qafqaz Ticarət Kompleksi Gəncə şəhəri, Zərifə Əliyeva küçəsində nəqliyyat və digər kommunikasiya imkanları baxımından əlverişli olan ərazidə yerləşir. Bu nəhəng ticarət kompleksinin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Bazar artıq şəhər sakinlərinin istifadəsinə verilib. Bura eyni zamanda ətraf rayonlardan da insanlar gəlir.

Ümumi torpaq sahəsi 20,0 hektar, ümumi tikintialtı sahəsi 83 min 500 kv.metr olan kompleksin 16 hektardan az olmayan torpaq sahəsində 44 min 100 kv.metr olan 5 ədəd “modul” tipli  konstruksiyasından istifadə olunmaqla, “Yaşıl market” topdansatış mərkəzi inşa edilmişdir. Aqrar sahə istehsalçılarının və istehlakçılarının istehsal etdikləri və aldıqları kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanılması üçün ay ərzində 1 min ton məhsul qəbul etməyə imkan verən ümumi sahəsi 4 min 500 kv.metr olan anbar və soyuducu da artıq hazırdır. Eyni zamanda Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kv. metr sahə olmaqla, burada meyvə - tərəvəz məhsulları üçün 600, ət və süd məhsulları üçün 200 satış yeri nəzərdə tutulur. Kompleksin baş binası 3 mərtəbəli olmaqla, burada - ofislər, motel, 2 restoran və 96 mağaza yerləşdirilmişdir:

- 30 ədəd ikimərtəbəli binada 1086 mağaza vardır.

- 148 ədəd birmərtəbəli bina isə 352 mağazadan ibarətdir.

Bundan əlavə Kompleksdə hər biri 9000 kv. metr sahədə 176 mağaza sənaye mallarının satışı və “Gəncə Səbəti” Bazarı, 14000 kv. metr sahədə topdan və pərakəndə satışı, 6000 kv. metr sahədə elektrik, təsərrüfat, xalça və digər məişət avadanlıqlarının satışı mərkəzi, hər biri 2000 kv. metr sahədə Supermarket, Logistik mərkəz, soyuducu anbar və sadə anbar yerləşdirilmişdir.

Qeyd edək ki, şəhərdəki ictimai nəqliyyat vasitələrinin əksəriyyəti kompleksin ərazisindən keçir ki, bu da müştərilərin rahatlığını təmin edir. Bildirək ki, Ticarət Kompleksinin istifadəyə verilməsi ilə 8 mindən çox iş yeri açılıb.

Bazarda olarkən sakinlərin də fikrini aldıq:

Həmid Quliyev: - "bazar çox təmiz, rahat və genişdir. İstənilən məhsullu tapmaq çox asandır və vaxt itkisi də olmur. Vətəndaşlara bu rahatlığı yaradanlara təşəkkürümü bildirirəm."

Sədaqət Süleymanova: - "İctimai nəqliyyatın bazarın içindən keçməsi bizim işimizi iki qat rahatlaşdırıb, yollarda vaxtımızın itməməsi bazara rahat gəlməyimizi təmin edir."(ganjanews.az)
Baxılıb: 5675