Diqqət mərkəzi
Qənirə Paşayeva Mavritaniya Prezidenti və İspaniya baş nazirinin sabiq müavini,
A
Qənirə Paşayeva Mavritaniya Prezidenti və İspaniya baş nazirinin sabiq müavini,
11:04 09.01.2018
Millət vəkili Qənirə Paşayeva Mavritaniyanın prezidenti Ameenah Gurib və İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vega ilə görüşüb. Görüşdə millət vəkili onlara ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Qarabağ həqiqətləri ilə bağlı ətraflı məlumatlar verib. 

Millət vəkili Qənirə Paşayeva görüş zamanı Mavritaniyanın prezidenti prof. Ameenah Guribə və İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vegaya 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib. 

Q.Paşayeva ölkələrimizin fəal qadınlarının əməkdaşlığının genişlənməsinin əhəmiyyəti söz açıb. 

Millət vəkili Mavritaniya prezidenti prof. Ameenah Guribə və İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vegaya Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materiallar təqdim edib.
Baxılıb: 1909
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: