Diqqət mərkəzi
Ağsaqqallar Şurası görkəmli dövlət və ictimai xadimləri təltif etdi - Fotolar
A
Ağsaqqallar Şurası görkəmli dövlət və ictimai xadimləri təltif etdi - Fotolar
16:11 29.12.2017
Respublika Ağsaqqallar Şurasında 2017-ci il ərzində yubileyləri qeyd olunmuş görkəmli dövlət və ictimai xadimlərin Şura tərəfindən Fəxri fərmanla təltif etmə mərasimi keçirilib. 

Mərasimdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə,  Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyev və bir sıra ictimai xadimlər iştirak ediblər.

Millət vəkili Fəttah Heydərov mərasim iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətiylə təbrik edib. O, çıxışında qeyd edib ki, 2017-ci il müstəqil Azərbaycanımızın tarixində növbəti şərəfli səhifə olub: "Bu il ərzində Azərbaycanda dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və xalqın maddi rifah halının yaxşılaşdırılması ilə bağlı böyük hadisələr yaşanıb. Bu gün Azərbaycan regionda lider dövlətə çevrilib. Dövlət başçısının rəhbərliyi altında əldə olunan nəticələr vətəndaşları, eləcə də biz ölkə ağsaqqallarını sevindirir. Cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmiz sabit, əmin-amanlığın hökm sürdüyü ölkə kimi tanınır".

F.Heydərov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə ağsaqqallarına göstərilən diqqət və qayğısından da danışıb.
 
Mərasimdə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Akademik Vasim Məmmədəliyev və bir sıra ictimai xadimlər Şuranın Fəxri fərmanı ilə təltif olunublar.

Təltif edilənlər göstərilən diqqətə görə Ağsaqqallar Şurasına və şəxsən Fəttah Heydərova təşəkkürlərini bildiriblər.
Baxılıb: 3871
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: