Sosial
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası “Şəhidliyin Rahim Tağıyev zirvəsi” filmini təqdim etdi
A
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası “Şəhidliyin Rahim Tağıyev zirvəsi” filmini təqdim etdi
20:37 20.12.2017
Xəbər verdiyimiz kimi, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Gənclər Fondunun maliyyə dəstəyi ilə "Aprel döyüşlərinin tank komandiri: ŞƏHİDLİYİN RAHİM TAĞIYEV ZİRVƏSİ” – adlı qısametrajlı sənədli film çəkib. 

Qafqazın ən böyük xəbər kanalı olan "ARB24”-ün texniki dəstəyi ilə reallaşan layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rahim Tağıyevlə bağlı sənədli film çəkərəkonu gənclər arasında təbliğ etməkdən ibarətdir.

Layihə çərçivəsində çəkilən sənədli film Binəqədi Gənclər Evində təqdim olunub.

Təqdimatı giriş sözü ilə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov açaraq aprel şəhidlərinin həyatını əbədiləşdirəcək ekran əsərlərinin yaradılmasının vacib olduğunu dedi. E.Aslanov, eyni zamanda, Binəqədi rayonunda şəhidlərlə bağlı mütəmadi olaraq müxtəlif layihələrin reallaşdırıldığını qeyd etdi.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmisi Şəmsi Gülverdiyev çıxış edərək bu kimi layihələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını dedi. Ş.Gülverdiyev Binəqədi rayonunda yaşayan şəhid ailələrinin daima rayon rəhbərliyinin diqqətində olduğunu dedi.

ASGA sədri Səbuhi Abbasov çıxışında layihənin məqsədindən danışıb: "Layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rəhim Tağıyevlə bağlı sənədli film çəkərən onu gənclər arasında təbliğ etməkdən ibarətdir. BİZ APREL DÖYÜŞLƏRİNDƏ İGİD ƏSGƏRLƏRİMİZİN ŞÜCAƏTİNİ PAYTAXT VƏ REGİON GƏNCLƏRİ ARASINDA TƏBLİĞ ETMƏYİ qarşıya əsas hədəf kimi qoymuşuq. Biz ASGA olaraq aprel döyüşlərində qəhrəmancasına şəhid olan hər bir əsgərimizin cəmiyyətdə tanıdılmasının tərəfdarıyıq. Bu mənada təklif etdiyimiz layihə Fondun bütün komissiya üzvləri tərəfindən müsbət qarşılandı. Mən bir daha Gənclər Fonduna və ARB24 rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Binəqədi rayin icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm”

Məlumat üçün qeyd edək ki, bu ASGA-nın efir üçün hazırladığı sayca 3-cü peşəkar sənədli filmdir.
Baxılıb: 2309
Sosial bölməsinin digər xəbərləri: