İqtisadiyyat
Azərbaycan neftinin SON QİYMƏTİ
A
09:04 19.12.2017
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,91 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,25 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.
Baxılıb: 1766