Diqqət mərkəzi
BMAM beynəlxalq əlaqələri genişləndirir - Rufiz Qonaqov bolqarıstanlı diplomatla görüşüb
A
BMAM beynəlxalq əlaqələri genişləndirir - Rufiz Qonaqov bolqarıstanlı diplomatla görüşüb
16:19 06.12.2017
Bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili, səfir əvəzi Yanko Yanakiyev və konsul Kiril Apostolovla görüş keçirilmişdir. Bu haqda BMAM Mətbuat Xidməti məlumat verib.

BMAM sədri, politoloq Rufiz Qonaqov Azərbaycan-Bolqarıstan əlaqələrindən danışaraq, hər iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin gücləndirilməsi, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini diqqətə çatdırrb. 

Rufiz Qonaqov, eyni zamanda ölkəmizin uğurlu xarici siyasətinin əsas istiqamətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olaraq, beynəlxalq aləmdə qazandığı uğurlarından danışıb.

Görüş üçün təşəkkürünu bildirən Bolqarıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Yanko Yanakiyev iki ölkə arasındaki diplomatik, siyasi, iqtisadi, ticarət əlaqələrindən danışaraq , vətəndaş cəmiyyəti institutları arasında da bu əlaqələrin vacibliyini bildirib. 

Cənab Yanko Yanakiyev, eyni zamanda gələn ilin ilk altı ayının Bolqarıstanın Avropa Birliyinə rəhbərlik edədəyinini mühum hadisə adlandırıb.

Görüşdə BMAM sədrinin xarici əlaqələr üzrə müşaviri, Ramin Səmədov, iqtisadi məsələlər üzrə müşaviri Nazim Süleymanov, baş məsləhətçi Esmira Həmzəbəyova, Bolqarıstanın Azərbaycandakı konsulu Kiril Apostolov iştirak edib.
Baxılıb: 3120