Diqqət mərkəzi
Nizami rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əlillər Günü qeyd olunub
A
Nizami rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əlillər Günü qeyd olunub
16:30 02.12.2017
Bu gün Bakının Nizami rayonunda Beynəlxalq Əlillər Günü münasibətiylə tədbir keçirilib. 

AZƏRFAKS xəbər verir ki, Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov və başqaları çıxış edərək dövlətin həyata keçirdiyi sosial yönümlü layihlərdən, bilavasitə Prezident İlham Əliyevin əlillərə göstərdiyi diqqət və qayğıdan söz açaraq bu münasibətin Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasətdən irəli gəldiyini vurğulayıblar.

Çıxışçılar eyni zamanda Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əlillərin sosial rifahının və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımları da önə çəkiblər. G.İsrafilova rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun salamlarını tədbir iştirakçılarına çatdıraraq Nizami rayonunda yaşayan əlillər və müharibə veteranlarına göstərilən isti münasibətdən və bu kimi tədbirlərin davamlı şəkildə keçirildiyini bildirib. 

O qeyd edib ki, rayon ərazisində 6930 əlil yaşayır. Onlardan 121 nəfərin uşaq olduğunu deyən İcra Hakimiyyəti rəsmisi bu adamların hər birini özlərinə doğma bildiklərini vurğulayıb. 

Tədbirdə iştirak edən əlillər göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər. Eyni zamanda, rayonda dövlət siyasətini həyata keçirən İcra Hakimiyyətinin onlara göstərdiyi münasibət də minnətdarlıq hissi ilə qeyd olunub. Tədbirin sonunda iştirakçılara Rayon İcra Hakimiyyəti adından müxtəlif hədiyyələr təqdim olunub.
Baxılıb: 3760
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: