Diqqət mərkəzi
İŞİD anbarlarında ABŞ istehsalı olan silah-sursat aşkarlanıb
A
İŞİD anbarlarında ABŞ istehsalı olan silah-sursat aşkarlanıb
09:08 01.12.2017
Suriya ordusu Deyr əz Zor əyalətinin azad olunmuş hissəsində İŞİD-ə məxsus anbarlarda ABŞ və Avropa ölkələrinin istehsalı olan xeyli sayda silah-sursat aşkarlayıb.  
 
APA-nın SANA agentliyinə istinadən verdiyi xəbərə görə, silahlar əyalətin Əl Aşara, Sübeyhan və Salihiyə rayonlarında aşkarlanıb.
 
Qeyd edək ki,  Suriya ordusu oktyabrda da Meyadin əyalətində İŞİD-in anbarlarında ABŞ, Belçika, Böyük Britaniya və digər ölkələrinin istehsalı olan xeyli sayda silah-sursat aşkarlamışdı.
 
Hərbçilər aşkarlanan silahların Pentaqonun müttəfiqlərə yardım proqramı çərçivəsində əldə olunduğunu iddia edirlər.
 

Baxılıb: 3949