Diqqət mərkəzi
Azərbaycanın milli kriptovalyutası artıq hazırdır - “İşə salmaq üçün sadəcə komanda vermək lazımdır”
A

15:50 29.11.2017
"Bu gün dünyanın əksər ölkələrində Blokçeyn (Blockchain) texnologiyasının müxtəlif sahələrdə tətbiqi istiqmətində ciddi irəliləyişlər müşahidə olunur. Blokçeyn texnologiyası yeni dövrün tələbidir. Bu texnologiya məlumat və ya əməliyyatın kriptoqrafik standratlara və onlayn rejimə keçidini təmin edir. Təəssüf ki, Azərbaycanda blokçeynə olan maraq arzulanan səviyyədə deyil".
AZƏRFAKS xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında mediada blokçeyn texnologiyası və kriptovalyutanın təbliğ olunmasında xüsusi fəallıq göstərən tanınmış jurnalist Nicat Dağlar deyib. Onun sözlərinə görə, banklarımızın bir çoxu, eləcə də, dövlətin müvafiq qurumları blokçeyn texnologiyasına lazımı maraq göstərmirlər:
"Bəlkə də heç xəbər tutmayıblar. Sanki bir laqeydlik müşahidə olunur. Dünya isə bizi gözləmir və sürətlə alqoritmik həyata doğru gedir. Belə bir vaxtda biz prosesə fəal qoşulmasaq, bunun fəsadlarını bir neçə ildən sonra açıq şəkildə hiss edəcəyik".
Nicat Dağlar qeyd edib ki, insanlar Blokçeyndən daha çox kriptovalyutadan danışırlar və daha çox elektron pula maraq göstərirlər:
"Amma unudurlar ki, kriptovalyuta blokçeyn texnologiyasından doğan bir elementdir. Biz Blokçeyni mənimsəməsək, kriptovalyuta haqqında təsəvvürlərimiz dərin olmayacaq. Kriptovalyutanı Blokçeynsiz təsəvvür eləmək mümkün deyil. Bitcoin-i, Ethereum-u, Litecoin-i və digər kriptovalyuta növlərini yaradan məhz Blokçeyn texnologiyasıdır".
Mütəxəssis Azkoin adlı elektron valyuta layihəsindən də söz açıb:
"Azkoin (Azcoin - AZC) dünyada ilk milli kriptovalyuta layihəsidir. Bilirəm ki, Azkoinin məxsusi alqoritmi artıq əldə olunub. İstifadəsi və krtiptovalyuta ailəsinə daxil olması üçün tələb olunan texniki bazanın formalaşdırılması xüsusunda bütün təməl elementlər işlənilib. Azkoin üzərində təkcə yerli deyil, həm də bu sahədə ixtisaslaşmış yüksək səviyyəli xarici mütəxəssislər çalışıb. Bu, çox nəhəng layihədir və üzərində böyük bir komanda işləyir. Birinci mərhələ üçün nəzərdə tutulan işlər yekunlaşmaq üzrədir. Artıq smartfonlar üçün rəqəmsal cüzdanlar da hazırdı. Android proqramları üçün nəzərdə tutulan cüzdanları çox asanlıqla Google Play-dən yükləmək mümkündür. Yaxın günlərdə İPhone-Apple üçün nəzərdə tutulan elektron cüzdanlar da hər kəs üçün əlçatan olacaq. Dediyim odur ki, Azkoin artıq hazır məhsuldur, bir komanda verməklə aktivləşə biləcək səviyyədədir. Azkoini yaradan, onun etibarlı kriptovalyuta kimi dünya miqyasına çıxarılması üçün tələb olunun bütün əməliyyatları həyata keçirən komandanın istəyi odur ki, dünyada ilk nümunələr yaradan ölkəmiz bu sahədə də öncüllərdən olsun və rəqəmsal dünyaya inteqrasiya prosesi bilavasitə dövlətimizin nəzarəti altında həyata keçirilsin. Bu, Azkoinin (AZC) ideya müəlliflərinin də, yaradıcı komandanın da əsas hədəfidir”.
Nicat Dağlar Azcoin.az saytının kriptovalyuta alışı və satışı ilə məşğul olmadığını da deyib:
"Azcoin.az saytı Azkoin layihəsi üzrə maarifləndirici funksiya yerinə yetirir. Burada insanlarımız Azkoinin özəllikləri və spesifik tərəfləri barədə təməl biliklər əldə edə bilərlər. Gələcəkdə nə olacaq, bunu artıq gedişat göstərəcək.
Azcoin.az saytında forum da aktiv fazadadır. Saytın yaradıcıları Blokçeyn texnologiyası və kriptovalyutaya maraq göstərən insanları forumda aktiv iştirak etməyə dəvət edirlər. Kimi hansı sual maraqlandırırsa, buyurub forumun imkanlarından istifadə edə bilər. Məsələn, mən özüm də bu forumda aktiv iştirak edirəm. Ümumiyyətlə, çalışıram ki, Blokçeyn texnologiyası və kriptovalyuta sahəsindəki bütün yeniliklərdən xəbər tutum. Bilirəm ki, gələcək məhz bu texnologiyanın üzərində qurulur və biz də əvvəl-axır axına qoşulmalı olacağıq".
Diqqət mərkəzi bölməsinin digər xəbərləri:
15:15 24.04.2018
Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"
15:19 23.04.2018
"Azərbaycanda bütün demokratik normalar təmin olunub" - Əli Həsənov
13:15 23.04.2018
Benyamin Netanyahu Prezident İlham Əliyevi təbrik edib
12:49 23.04.2018
Azərbaycanı növbəti 7 ildə nə gözləyir? - "Bizim Planet"də müzakirələr
10:50 23.04.2018
Hüseyn Abdullayevin tutulması xəbəri rəsmən təsdiqləndi
20:40 22.04.2018
Diasporla iş üzrə dövlət komitəsinin fiaskosu - İbrahimovun günahı
17:59 21.04.2018
Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - SİYAHI
12:33 21.04.2018
Azərbaycanın yeni baş naziri Novruz Məmmədov oldu
10:13 21.04.2018
Artur Rasi-zadə baş nazir postundan getdi - Prezident gördüyü işlərə görə təşəkkür etdi
11:17 20.04.2018
Almaniya Prezidenti İlham Əliyevi təbrik etdi: "Tərəfdaşlığı davam etdirəcəyik"
18:11 19.04.2018
Ermənilərin aksiyası və bizim seçki - Düşmənin İlham Əliyev qorxusu
10:13 18.04.2018
İlqar Məmmədovdan xəyanətkar addım - Sərdar Cəlaloğlu REAL sədrini ittiham etdi
17:00 17.04.2018
Konstitusiya Məhkəməsi İlham Əliyevin qələbəsini təsdiqlədi - YENİLƏNİB
13:25 16.04.2018
Prezident İlham Əliyev Ramiz Mehdiyevi "Şöhrət" ordeni ilə təltif edib
09:42 13.04.2018
"Heç bir kənar qüvvə bizi yolumuzdan döndərə bilməz" - İlham Əliyev