Aktual
Türkiyədə dövlət çevrilişi cəhdində şübhəli bilinən 333 hərbçinin həbsinə order verilib
A
Türkiyədə dövlət çevrilişi cəhdində şübhəli bilinən 333 hərbçinin həbsinə order verilib
12:23 29.11.2017
Türkiyə hökuməti ötən ilin iyul ayında baş verən dövlət çevrilişi cəhdi ilə bağlı şübhəli bilinən 360 nəfərin, o cümlədən 333 hərbçinin həbsinə order verib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, şübhəlilərin saxlanılması üzrə əməliyyatlar İstanbula bağlı 49 qəsəbədə həyata keçirilir. Həmçinin həbsinə order verilən şəxslərin 10-nun ölkə xaricində olduğu bildirilir.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitlərdən ibarət qrupu dövlət çevrilişinə cəhd edib. Əsas toqquşmalar İstanbulda və Ankarada baş verib, nəticədə qiyamçılar istisna olmaqla, 250 nəfər həlak olub, 2 mindən çox insan isə yaralanıb. Ankara dövlət çevrilişi cəhdinin təşkilində 1999-cu ildən ABŞ-da yaşayan din xadimi Fətullah Güləni təqsirli bilir.
Baxılıb: 4011