Diqqət mərkəzi
Gəncəyə qarşı təxribat: Görülən işlərə kölgə salmaq cəhdi - Fotolar
A
Gəncəyə qarşı təxribat: Görülən işlərə kölgə salmaq cəhdi - Fotolar
11:25 10.11.2017
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin bütünün şəhər və rayonlarına olduğu kimi Gəncəyə də həmişə xüsusi diqqət və qayğı göstərib. Bu münasibətin nəticəsidir ki, Gəncə getdikcə genişlənir, öz qədimliyini və əzəli memarlıq üslubunu qorumaqla müasir görkəm alır. Son illər ərzində bu şəhərdə olduqca böyük infrastruktur layihələri həyata keçirilib. Diqqətçəkən məqam odur ki, bütün bu işlər mövsümi xarakter daşımayıb. Sistemli və proqramlara söykənən fəaliyyət öz başlanğıcını ill'r öncədən götürədək bu günə qədər davam edir. Gəncəyə tez-tez yolu düşənlər təsdiq edə bilərlər: hər dəfə yeni və miqyaslı layihənin şahidi oluruq. 

Müqayisəyəgəlməz layihələr

Bu gün də Gəncədə olduqca böyük miqyasda abadlıq-quruculuq işləri aparılır. Tam əminliklə qeyd etmək olar ki, hazırda Gəncədə aparılan işlərin alternativinə paytaxt istisna olmaqla ölkənin digər şəhər və rayonlarında rast gəlmək mümkün deyil. Gəncə Dövlət Filarmoniyası, Gəncə MALL Ticarət Mərkəzi, “Grand Qafqaz” bazar kompleksində aparılan işlər demək olar ki, yekunlaşıb.  Bununla paralel olaraq Gəncənin içməli su təmin edəcək yeni xətlər çəkilir, kanalizasiya sistemləri yenidən qurulur. Bu layihə 2019-cu ilin sonuna kimi başa çatdırılacaq və bu da şəhər əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına və 24 saat içməli su ilə təminatına xidmət edəcək. Hazırda Gəncə şəhərinin 38 küçəsində də abadlıq quruculuq işləri aparılır. Su-kanalizasiya xətləri yenilənir, kommunikasiya xətləri dəyişdirilir, yeni işıq dirəkləri quraşdırılır, yolların asfalt örtüyü yenilənir.  Xüsusi zövqlə görülən işlər sırasında isə Şəhərin Heydər Əliyev və Atatürk prospektlərinin mərkəzi hissəsini əhatə edən yolların asfalt örtüyünün daş üzlüklərlə əvəzlənməsini də göstərmək olar. Bütün bunlarla yanaşı yağış sularının axıdılması üçün drenaj sisteminin yaradılması işi də sürətlə davam etdirilir. 

Yeni görkəm alan şəhər

Bu günlərdə yolumuz Gəncəyə düşmüşdü. Şəhərin hansı küçəsinə yan aldıqsa, orada tikinti və abadlıq işlərinin aparıldığının şahidi olduq. Ötən səfərimizdə bizi Gəncə çayı ətrafında salınmış göz oxşayan bulvar kompleksi ilə heyran etmiş şəhər bu dəfə qarşımıza tamam başqa bir görkəmdə çıxdı. Bir neçə ay əvvəl baş çəkdiyimiz şəhər bu dəfə daha böyük və daha füsunkar göründü. Burada işlər elə şövqlə həyata keçirilir ki, elə bil hamı əlavə enerji ilə yüklənib, hər kəsdə yeni həvəs yaranıb. Təkcə Gəncə Dövlət Filarmoniyasının yeni binası, Bakıdakı analoji məkanlarla rəqabətə girə biləcək Gəncə MALL, olduqca böyük bir ərazini əhatə edən və heç şübhəsiz ki, regionun ən böyük alış-veriş məkanına çevriləcək "Qrand Qafqaz" bazar kompleksinin ərsəyə gətirilməsi kimi işlər kifayətdir ki, Gəncədə qısa müddət arzində müqayisəyəgəlməz dərəcədə miqyaslı layihələr icra olunduğunu iddia edə biləsən. Bütün bu kimi layihələr sözsük ki, həm də əlavə iş yerləri deməkdir. Amma və lakin...

Diqqəti yayındırmaq cəhdi

Gəncədə tikinti və yenidənqurma işləri yeni bir mərhələyə qədəm qoyduğu bir vaxtda ölkə mətbuatında diqqəti görülən işlərdən, həyata keçirilən nəhəng layihələrdən yayındırmağa xidmət edən yazılara rast gəlinir. Görünür kimlərsə Gəncənin bügünkü inkişafından, bu inkişafı təmin edən sistemli fəaliyyətdən, ölkə prezidentinin Gəncəyə göstərdiyi diqqət və qayğının qarşılığını göstərmək üçün əmək sərf olunmasından narahatdırlar. Sual olunur, bu qədər nəhəng tədbirlərin həyata keçirildiyi bir ərəfədə şikayətinin məzmunu bəlli olmayan bir xanımı ortaya çıxarıb lazımsız müzakirələr açmaq, boş söz-söhbətlərin yayılmasına şərait yaratmaq kimə və nəyə lazım idi? Dövlət məmurları haqqında ittihamlar səsləndirən vətəndaşın dedikləri araşdırılmadan onu mətbuat ulduzuna çevrilməyə həvəsləndirmək, Gəncənin adını xoş olmayan tərzdə manşetlərə daşıtdırmaq nə vaxtdan obyektivliyə söykənən qaydalar sırasına düşüb? Şikayəti araşdırmadan, şikayətçinin əsl niyyətinə aydınlıq gətirmədən onun dediklərinin ictimailəşdirilməsi qarşısı alınmaz pis president yaratmazmı? Bəlkə şikayətçi şantajçıdır? Bəlkə hanısısa iddiası yerinə yetirilmədiyinə görə ucuz şou, primitiv qarayaxma yolunu seçib? Məgər təcrübədə belə hallara azmı rast gəlinib? Birinin qanunsuz əməli ifşa olunur, çıxıb deyir ki, bəs direktor mənə əxlaqsız təkliflər edirdi. Başqa biri əmək kollektivində intizam qaydalarını pozduğuna görə cəzalandırılır, "arqument" gətirir ki, bəs idarə müdiri mənə pis gözlə baxırdı, qarşılıq vermədim deyə işdən çıxardı. İndi Gəncədə görülən işlərdən diqqət yayındıran xanım da təxminən eyni tərz nümayiş etdirir. Görünən odur ki, bu adam istiqamətləndirilir, yoluna işıq salınır ki, daha da dərinə getsin, gündəm müəyyənləşdirsin, mətbuat səhifələrindən düşməsin. Görünür ona yol göstərənlər fərqində deyillər ki, sabah analoji iddialarla onlar da üzləşə bilərlər. Həm də onun fərqində deyillər ki, əsas məqsədin Gəncədəki miqyaslı layihələrdən diqqət yayındırmaq olduğu kənardan aydın şəkildə sezilir. Bunun adını həm də sabotaj qoymaq olar. Təxribata cəhd də deyə bilərik. Bəli, elədir ki, var, başqaları üçün məqsədli şəkildə pis nümunələr yaratmaq təxribatın bir formasıdır. Daha nə deyək, Allah kişiləri qadın şərindən qurusun!

Prezident İlham Əliyev: "Şəhərin inkişafı çox sürətlidir, təqdirəlayiqdir"

Sonda isə Cənab Prezidentin Gəncəyə səfəri zamanı səsləndirdiyi fikirləri yada salmaq istəyirik: 

"Gəncə gözəlləşir, abadlaşır. Demək olar ki, son on il ərzində hər il, yaxud da ildə iki dəfə Gəncədə olmuşam və hər dəfə yeniliklər, dəyişikliklər, abadlıq, quruculuq görürəm. İndi binalar təmir edilir, küçələr genişlənir, gözəl bərpa işləri aparılır. Gəncəyə xas olan xüsusi memarlıq üslubu qorunur, saxlanılır, harada lazımdırsa bərpa edilir, ictimai yerlər salınır. Eyni zamanda, Gəncə müasirləşir, burada yeni binalar tikilir, o cümlədən sənaye inkişaf edir, böyük sənaye kompleksləri yaradılır, iş yerləri açılır. Gəncə Azərbaycanın sənaye mərkəzinə çevrilir. Mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm. Burada yeni sənaye komplekslərinin – alüminium və poladəritmə komplekslərinin tikintisi nəzərdə tutulur. Burada, ümumiyyətlə, iş yerlərinin açılması ilə bağlı gələcək planlar da həyata keçiriləcəkdir. Ola bilər ki, yaxın gələcəkdə başqa rayonlardan da işləmək üçün Gəncəyə gələcəklər. Bir sözlə, şəhərin inkişafı çox sürətlidir, təqdirəlayiqdir. Gəncənin gələcək inkişafı ilə bağlı konkret fikirlər, planlar vardır. Əminəm ki, onların hamısı reallaşacaq və Gəncənin inkişafı üçün əlavə işlər də görüləcəkdir".
Baxılıb: 3082
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: