Diqqət mərkəzi
Qənirə Paşayeva: "Mehriban Əliyevanın rəhbərliyi ilə qadınların cəmiyyətdə rolu artır"
A
Qənirə Paşayeva:
14:46 04.11.2017
Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentləri Yasmin Datviç, Amany Asfour və təşkilatın bir sıra dünya bölgələri üzrə rəhbərləri ilə görüşdə onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlərdən danışıb.

AZƏRFAKS xəbər verir ki, millət vəkili həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı da geniş məlumatlar verib. 

Görüşdə Q.Paşayeva Qarabağ həqiqətlərinə də diqqət yönəldərək bu mövzuda geniş fikir mübadiləsinin aparılmasına şərait yaradıb. Millət vəkili  bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır.  

Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları onlara təqdim edən millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib.
Baxılıb: 5497
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: