Diqqət mərkəzi
Qənirə Paşayeva İspaniya və İtaliya ictimai xadimlərinə Dağlıq Qarabağdan danışıb
A
Qənirə Paşayeva İspaniya və İtaliya ictimai xadimlərinə Dağlıq Qarabağdan danışıb
20:15 02.11.2017
Milli Məclis deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vega ilə görüşüb.

Turkustan.info-nun məlumatına görə, görüş zamanı Qənirə Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Qarabağ həqiqətləri ilə bağlı, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib. Azərbaycanın İspaniya ilə əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili ona ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb və geniş fikir mübadiləsi olub.

Q.Paşayeva həmçinin İtalyanın millət vəkili, AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Şurasının bərabərhüquqlu və diskriminasiya məsələləri üzrə komitəsinin sədri Elena Centemero başda olmaqla İtaliyanın fəal ictimai xadim qadınları ilə də görüşüb.

Millət vəkili Q.Paşayeva İtaliyanın tanınmış təşkilat rəhbərləri professor Rossana Berardi və Giuseppa Seidita ilə də görüşüb və müzakirələr aparılıb. Qənirə xanım onlara Azərbaycanla bağlı geniş məlumatlar verməklə bərabər, Qarabağ həqiqətləri ilə də bağlı fikir mübadiləsi aparıb. İtaliyanın ATƏT-in Minsk Qrupunun üzvü olduğunu xüsusi vurğulayan Q.Paşayeva Xocalı soyqırımı barədə də danışıb və “azərbaycanlı köçkünlər İtaliyadan Qarabağ problemində ədalətin daha çox dəstəklənməsini gözləyir” deyib. Q.Paşayeva onlara Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar da təqdim edib.

Baxılıb: 4043
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: