Sosial
“Bərəkət” İB şəhidlərə həsr olunmuş layihə çərçivəsində Salyanda təlimlər keçirib - Foto
A
“Bərəkət”  İB şəhidlərə həsr olunmuş layihə çərçivəsində Salyanda təlimlər keçirib - Foto
08:34 30.10.2017
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bərəkət”  İctimai Birliyi Salyan rayon Qarabağlı kəndində “Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin igidlik səlnaməsinin təbliği ilə bağlı tədbirlərin keçrilməsi” layihəsi çərçivəsində  təlimlər həyata keçirmişdir.

27 avqust, 30 sentyabr və 29 oktyabr 2017-ci il tarixlərində “Ölkəmizin ərazi bütövlüyü uğrunda bu ərazidən həlak olmuş şəhidlərin həyatı və onların göstərdikləri igidlik səlnaməsi”  mövzularında 20 nəfər iştirakçıdan ibarət təlimlər təşkil edilmişdir.  

Seminarlarda  “Bərəkət”  İctimai Birliyinin sədri N.Ə.Həsənov layihə, onun məqsədləri, görüləcək işlər barədə məlumat vermişdir.  Salyan rayon Qarabağlı kəndindən şəhid olmuş igidlərin xatirələri yad edilmiş və onlar haqqda çap edilmiş bukletlər  təlim iştirakçılarına paylanılmışdır. Həmçinin tədbirlərdə iştirak edən şəxslərə təlim materialları paylanılmışdır. Seminarın  gedişi zamanı  Azərbaycanda şəhid ailələrinə dövlət qayğısından geniş söhbət edilmişdir. Gələcəkdə bu istiqamətdə təlim iştirakçılarının və könüllülərin görəcəyi işlərin səmərəliliyini  artırmaq üçün metodiki təsir vasitələri və digər vasitələr  barədə məlumatlar verilmişdir.

Layihə çərçivəsində Salyan rayon Qarabağlı kəndindən şəhid olmuş 22 şəhid vətən oğullarının ailələrinə birliyin sədri tərəfindən, kənd bələdiyyəsinin və kənd icra nümayəndəsinin sədrlərinin iştirakı ilə sovqatlar payalnılmışdır.
Təlimlərdə iştirak edən ekspert Əli Mirzəyev, Qarabağlı kənd bələdiyyəsinin sədri Abbasov Zahir və  kənd icra nümayəndəsi Ramin Həsənov bu istiqamətdə aparılan tədbirləri yüksək qiymətləndirərək mövzunun vacibliyini vurğulamışlar və gələcəkdə belə tədbirlərin davamlı olmasını arzulamışlar.  

Baxılıb: 3296
Sosial bölməsinin digər xəbərləri: