Diqqət mərkəzi
Qənirə Paşayeva: "Bu istiqamətdə daha çox işləməliyik”
A
Qənirə Paşayeva:
17:54 20.10.2017
Millət vəkili Qənirə Paşayeva 2-ci Sosial Elmlər üzrə Beynəlxalq Araşdırmalar Konqresində çıxış edib və Azərbaycan və Türkiyədən olan elm adamlarına və aydınlara çağırış edib. 

Bakı Avrasiya Universiteti, Türkiyənin Pamukkale Universiteti və Anadolu Mədəni Araşdırmalar Dərgisi tərəfindən təşkil olunan konqresin açılışında çıxış edən millət vəkili Q. Paşayeva "Qarabağ problemi və Türk dünyası" mövzusundan danışıb və bu cür tədbirlərin vacibliyini xüsusi vurğulayıb. 

"Ortaq tariximizi, mədəniyyətimizi uşaqlarımıza çox kiçik yaşlardan öyrətməliyik" deyən millət vəkili bildirib ki, bütün türk dövlət və toplumlarında orta məktəblərdən başlayaraq universitetlərdə ortaq Türk tarixinin oxudulmasına böyük ehtiyac var. 

"Bizim birliyimizə, onun güclənməsinə çox böyük ehtiyac var. Ortaq tariximizin, mədəniyyətimizin gənclərimizə daha geniş öyrədilməsi istiqamətində çalışmaları daha da artırmağa böyük ehtiyac var. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”.

Qənirə Paşayeva ziyalılara müraciət edərək "sizin, bizim, buradakı və ölkələrimizdəki, toplumlarımızdaki aydınların üzərinə bu istiqamətdə böyük məsuliyyət düşür və biz hamımız bu istiqamətdə daha çox işləməliyik” deyib. 


Baxılıb: 3593
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: