Sosial
“Hüquqi Yardım” İB Lənkıranda daha bir təlim keçirirb - İnsan alveri və məcburi əmək...
A
“Hüquqi Yardım” İB Lənkıranda daha bir təlim keçirirb - İnsan alveri və məcburi əmək...
09:54 19.10.2017
“Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Cənub regionunda insan alveri və məcburi əməyə dair məsələlərdə əhalinin məlumatlandırılması” layihəsi çərçivəsində Lənkəranda fəaliyyət göstərən QHT nümayəndələri, rayon ictimaiyyəti və gənclər təşkilatlarının nümayəndələri üçün insan alveri və məcburi əməyə həsr olunan məsələlərlə bağlı bir günlük təlim keçirib.          

Təlimdə 40 nəfərdən artıq insan iştirak edirdi. Təlim iştirakçıları insan alveri və onun doğurduğu acı nəticələr barəsində ətraflı bilgi əldə etmiş, təlim materialları və rol oyunları ilə zəngin olan təlimdə maarifləndirilmişlər.  Təlimdə ”Hüquqi Yardım” uctimai birliyinin sədri İlqar Qasımov və layihə üzrə təlimçi insan alveri, bu bəlanı doğuran səbəblər və onların mahiyyəti, insan alveri və məcburi əməyi doğuran nəticələr, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları, məcburi əmək və onunla əlaqədar aparılan hüquqi tədbirlər və s. barədə təlim keçmişlər. 

Tədbirdə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, onların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alverinin baş verməsinin forma və metodları, insan alverinə qarşı mübarizə tədbirləri, cinayətin profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışılıb.

Təlimdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ətraflı təhlil edilmiş, Lənkəran rayonu ərazisində fəaliyyət göstərən ictimaiyyət üzvləri üçün insan alveri ilə mübarizə barədə dolğun bilgilər verilmişdir.   
  
Təlim interaktiv şəraitdə davam etmiş və təlimin sonunda iştirakçıların çoxsaylı sualları təlimçi tərəfindən ətraflı cavablandırılmışdır. 

Təlimdə həmçinin bütün iştirakçılara “Hüquqi Yardım” ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gətirdiyi “İnsan alveri ağır cinayətdir” adlı bukletlər paylanılmışdır.
Baxılıb: 3469
Sosial bölməsinin digər xəbərləri: