İdman
Dünya şöhrətli kikboksçumuzdan daha bir inamlı qələbə - Almaniyada
A
Dünya şöhrətli kikboksçumuzdan daha bir inamlı qələbə - Almaniyada
21:19 08.10.2017
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, peşəkar kikboksçu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu turnirdə növbəti dəfə Azərbaycan bayrağını başı üzərinə qaldırıb. 

MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən "Tank" ləqəbli Kikboksçumuz Xəyal Əhmədov oktyabrın 7-də rinqə çıxıb. Kevin Ledke ilə gücünü sınayan X.Əhmədov inamlı qələbə qazanaraq Azərbaycanın idman uğurlarına daha bir imza atıb. 

Qeyd edək ki, Əhmədovun sarsıdıcı zərbələrinə tab gətirə bilməyən Kevin Lidke ayağından ciddi zədə alıb. Azərbaycan bayrağına bürünmüş idmançımız rəqibinin qolundan tutaraq onun rinqdən çıxmasına da yardım edib. İdmançımızın bu davranışı tamaşaçılar tərəfindəmn alqışlarla qarşılanıb.
Baxılıb: 2739