İqtisadiyyat
Avropa İttifaqı "Cənub qaz dəhlizi" üzrə Azərbaycanın təşəbbüsünü alqışlayır
A
Avropa İttifaqı
09:39 30.09.2017
Avropa İttifaqı Azərbaycan qazının Avropaya nəql etməsini nəzərdə tutan "Cənub qaz dəhlizi" layihəsi üzrə Azərbaycanın təşəbbüsünü alqışlayır. Bunu Trend-ə Avropa Komissiyasının nümayəndəsi Anka Paduraru deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı "Cənub qaz dəhlizi"ni və onun enerji təchizatının və nəqliyyat marşrutlarının mənbələrinin diversifikasiyası üzrə rolunu dəstəkləyir.

"Avropa İttifaqının hədəfləri dəyişməyib", - deyə rəsmi nümayəndə bildirib.

Onun sözlərinə görə, "Cənub qaz dəhlizi" Xəzər Hövzəsi, Mərkəzi Asiya, İran və Yaxın Şərqdən Avropa İttifaqına qazı nəql etmək üçün infrastrukturun genişlənilməsini hədəfləyib.
Baxılıb: 2139