Diqqət mərkəzi
Fəttah Heydərov xalqı Qurban Bayramı münasibəti ilə təbrik etdi
A
Fəttah Heydərov xalqı Qurban Bayramı münasibəti ilə təbrik etdi
10:32 30.08.2017
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Azərbaycan xalqını Qurban Bayramı münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

"Qurban bayramı - İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün dünya müsəlmanları bu bayramı çox yüksək səviyyədə qeyd edirlər.. Bayramda qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Bu, bizim ailədə də adətdir. Hər il Qurban Bayramında qurban kəsir, ehtiyacı olanlara paylayırıq. Bu bayramda da ənənəyə sadiq qalacağıq. Mən dörd dəfə Həcc ziyarətində olmuşam. Bir Hacı kimi borcumdur ki, dini qaydalara riayət edim. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. 

Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Əziz xalqımızı, dövlət rəsmilərimizi, bütün islam dünyasının insanlarını, din xadimlərini, ahılları, gəncləri, uşaqları bu müqqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycan Ağsaqqallar Şurası adından təbrik edirəm! Bayramlar bərəkətdir, ümiddir, həsrətdir. Sabahlar niyyətdir! Kəsdiyiniz qurban və dualarınız qəbul olsun, sevdikləriniz həmişə sizinlə olsun .. Qurban Bayramınız mübarək olsun! Arzu edirəm ki, növbəti qurbanlar işğal olunmuş Qarabağ torpaqlarında kəsilsin".
Baxılıb: 6606