Diqqət mərkəzi
Qardaş gülləsi, sahibsiz ölkə və xilas olduğumuz gün
A
Qardaş gülləsi, sahibsiz ölkə və xilas olduğumuz gün
15:44 15.06.2017
1993-cü ilin əvvəllərini yəqin siz də xatırlayırsınız. Mən o zaman məktəbin yuxarı sinif şagirdi idim və artıq dünyanın hardan gəlib, hara getdiyini dərk edirdim.  Görürdüm ki, Azərbaycan boynumuzdan pioner qalstukunu açıb ayaq altına atarkən arzuladığımız ölkəyə çevrilmək əvəzinə, qardaşın qardaşa silah çəkdiyi, kriminal ünsürlərin boy atdığı, qanunların işləmədiyi və nəhayət vətəndaş qarşıdurmasına doğru sürətlə irəliləyən məmləkət şəkli alır...

***

 Yadınızdadırmı, bir vaxtlar xarici kinolarda gördüyümüz səhnələr gözümüzün önündə yaşanırdı -  bığ yeri təzəcə tərləyən uşaqlar da belində "Makar" gəzdirirdi. Kimin kimdən xoşu gəlmirdisə yerindəcə güllələyir, fağır adamın malına-mülkünə əl qoyurdular. Hətta olurdu ki, insanların əlindən şəxsi avtomobillərini alıb, "Sənin bəsindir, indi ver biz sürək" deyirdilər...  Beləcə insanlar hər növbəti günə sağ çıxdıqlarına görə şükr edirdilər. Hərbçilərin davranışını da yəqin unutmamısınız.  Günlərin çoxunu şəhərdə keçirən, restoranlarda məclis quran zabir və əsgərlərimiz istədikləri mağazaya girib, gözlərinə görünən yaxşı nə varsa hamısını daşıyıb aparırdılar. Yedikləri yeməyin, içdiklərin arağın pulu vermirdilər, buna etiraz edən olanda isə avtomatı çıxarıb divarda güllələrlə "şəkil çəkirdilər"...  Mən hələ üzdən gedib, bəzi daha ciddi məsələlərdən və daha çox ürək ağrıdan nəsnələdən söz açmıram... 

***

Hadisələrin çox pis bir məcraya yənəlməsi, Bakıda siyasət adı altında min cür iyrənc oyunlar qurulması, idarəçiliyin sıfır həddinə düşməsi və s. ağır fəsadları olacaq daha qorxulu qarşıdurmalara zəmin yaradırdı.  Oldu, baş verdi və biz  Azərbaycanın tarixinə qara hərflərlə yazılacaq hadisədən yan qaça bilmədik...  Bəli, 1993-cü il, iyunun 4-nə tədsadüf edən Gəncə hadisələrini, Sürət Hüseynovun rəhbərlik etdiyi hərbi birləşmənin siyasi hakimiyyətə qarşı qiyam qaldırmasını nəzərdə tuturam. Dəhşətli günlər idi, Azərbaycan əsgəri 365 kilometrlik yola düzəlib öz paytaxtına hücuma keçmişdi...  Nələr gözləyirdi Azərbaycanı? Bu xalqın başına hansı müsibətlər gələcəkdi? Kimsə cavab verə bilmirdi bu suallara, ölkə taleyin ümidinə buraxılmışdı - Prezident postunu qoyub qaçmış, yüksək çinli məmurlar isə şəxsi maraqlarının peşinə düşmüşdülər. Görürən o idi ki, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan bu səadətindən məhrum olmaq üzrədir... 

***

Hamı xilaskar axtarışında idi... Bu xalqa sahib çıxacaq, müstəqilliyini qoruyacaq, vətəndaş qarşıdurmasına son verəcək gerçək bir LİDERƏ ehtiyac yaranmışdı.  Nəhayət gözlər Naxçıvana yönəldi. Ümid ancaq ona - canı ilə, qanı ilə vətəninə bağlı olan böyük siyasət adamna idi.  Hamının düşüncəsində ancaq bir isim dolaşırdı  - Heydər Əliyev. Yalnız onun gəlişilə Azərbaycanın bəlalardan qurtula biləcəyi heç kəsdə şübhə doğurmurdu. 

***

Gəldi və Bakıya qədəm basdığı ilk gündən bu xalqın hər bir fərdinə böyük ümidlər verdi, dövlətin ayaqda qalacağına, inkişaf edəcəyinə və dünyaya səs salacağına inam yaratdı.  Heydər Əliyevin 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə ikinci dəfə qayıdışı BAYRAĞINI itirməkdə olan bir ölkəyə yeni nəfəs, yeni ruh verdi. Çox keçmədi ki, dövlətin bütün stukturları işlək vəziyyətə gətirildi.  Qarşıdurmaya son qoyuldu, qanunsuz silahlı birləşmələr tərkislah olundu, iqtisadiyyatın dirçəldilməsi üçün bütün lazımi tədbirlərə əl atıldı, ölkənin ictimai-siyasi həyatı sabit məcraya yönəldildi, xarici siyasətin konturları cızıldı, nüfuzlu beynəlxlaq təşkilatlarla əməkdaşlıq imkanları açıldı...  Beləcə Azərbaycan o ağır və ürək ağrıdan günlərini arxada qoyub böyük hədəflərə doğru istiqamət götürdü və bütün paramatrlər üzrə möhkəm dayaqları olan DÖVLƏTƏ çevrildi.  

***

İndi ötən illərə boylananda, Azərbaycanın yaşadığı ağrılı-acılı günləri xatırlayanda təbii olaraq Allaha şükr etmək istəyirik: Nə yaxşı ki, Allah Azərbaycan xalqına Heydər Əliyev kimi bir şəxsiyyət qismət edib! Nə yaxşı ki, Heydər Əliyev Bakıya gəldi və nə yaxşı ki, dövlətin sükanı arxasında belə bir dahi şəxsiyyət dayandı!

***

Rahat uyu, ulu öndər! Biz sənin xidmətlərini heç vaxt unutmayacaq, qurub yaratdıqlarını göz bəbəyimiz kimi qoruyacağıq! 

Ramin Əhmədov
Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədr müavini 

Baxılıb: 8378
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: