Diqqət mərkəzi
22 kredit təşkilatına verilmiş lisenziyalar ləğv edilib - Adlar
A

10:41 14.06.2017
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
AZƏRFAKS xəbər verir ki, Palatadan “APA-Economics”ə verilən məlumata görə, bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən “Ağammədli”, “Ağdaş”, “Aqrovest”, ”Balıqçı”, “Bənövşə”, “Buta”, “Fəqan”, “Fidan”, “Girdiman”, “İnkişaf”, “Meridian”, “Mikrokredit”, “Muxax”, “Nihat”, “Qarabağ-2010”, “Şəmkir”, “Şəmkir Aqro”, “Zərqova”, “Ziya”kredit ittifaqlarına və öz müraciətləri əsasında “A.F.S” və “KİV nümayəndələri” kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilib.
Həmçinin, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl olunmamasına görə “Norveç Mikrokredit” bank olmayan kredit təşkilatına kreditlərin verilməsi üçün lisenziya ləğv edilib.
Diqqət mərkəzi bölməsinin digər xəbərləri:
15:15 24.04.2018
Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"
15:19 23.04.2018
"Azərbaycanda bütün demokratik normalar təmin olunub" - Əli Həsənov
13:15 23.04.2018
Benyamin Netanyahu Prezident İlham Əliyevi təbrik edib
12:49 23.04.2018
Azərbaycanı növbəti 7 ildə nə gözləyir? - "Bizim Planet"də müzakirələr
10:50 23.04.2018
Hüseyn Abdullayevin tutulması xəbəri rəsmən təsdiqləndi
20:40 22.04.2018
Diasporla iş üzrə dövlət komitəsinin fiaskosu - İbrahimovun günahı
17:59 21.04.2018
Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - SİYAHI
12:33 21.04.2018
Azərbaycanın yeni baş naziri Novruz Məmmədov oldu
10:13 21.04.2018
Artur Rasi-zadə baş nazir postundan getdi - Prezident gördüyü işlərə görə təşəkkür etdi
11:17 20.04.2018
Almaniya Prezidenti İlham Əliyevi təbrik etdi: "Tərəfdaşlığı davam etdirəcəyik"
18:11 19.04.2018
Ermənilərin aksiyası və bizim seçki - Düşmənin İlham Əliyev qorxusu
10:13 18.04.2018
İlqar Məmmədovdan xəyanətkar addım - Sərdar Cəlaloğlu REAL sədrini ittiham etdi
17:00 17.04.2018
Konstitusiya Məhkəməsi İlham Əliyevin qələbəsini təsdiqlədi - YENİLƏNİB
13:25 16.04.2018
Prezident İlham Əliyev Ramiz Mehdiyevi "Şöhrət" ordeni ilə təltif edib
09:42 13.04.2018
"Heç bir kənar qüvvə bizi yolumuzdan döndərə bilməz" - İlham Əliyev