Diqqət mərkəzi
Baytarlıq Nəzarəti Xidmətindən "Azərsun"un məhsulları barədə AÇIQLAMA
A
Baytarlıq Nəzarəti Xidmətindən
14:02 10.06.2017

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti “Azərsun Holdinq”in Xaçmazdakı konserv zavoduna aparıldığı iddia olunan 500 kiloqram mənşəyi məlum olmayan ətlə bağlı xəbərə reaksiya verib.

AZƏRFAKS xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlli Missiya.Az-a açıqlamasında bildirib ki, sənədlərin olmadığı üçün mənşəyini müəyyənləşdirmək üçün ətdən nümunələr götürülüb: “Ətlərin “Azərsun”un konserv zavoduna aparıldığı barədə fikirlər mal sahibinə aiddir. Bizim belə bir açıqlamamız olmayıb. Bununla bağlı da araşdırma aparılır. Bəzi hallarda “Ətin mənşəyi məlum deyil” yazıldıqda, onun sağlam olmaması kimi başa düşülür. Amma mənşəyi məlum olmayan hər əti yararsız adlandırmaq olmaz. Bu, laboratoriya müayinələrindən sonra məlum olur. Hər mənşəyi bəlli olmayan ət leş deyil. Sənədsiz gəlibsə, biz onu yoxlamalıyıq. Bizim məlumatımızda leş söhbəti yoxdur. Bunu özlərindən yazırlar".

Yolçu Xanvəlli sosial şəbəkələrdə “Azərsun”nun  “Qafqaz” konserv zavodu ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. “Düzgün yazmırlar. Mənasız hay-küydür. Saxlanılan şəxs deyə bilər ki, əti Amerikaya aparıram. Bu o demək deyil ki, belədir. Saxlanılan şəxs çox söz deyə bilər. Əsas rəsmi məlumatdır”.

Qurum rəsmisi “Qafqaz” konserv zavodunun məhsullarının keyfiyyəti ilə bağlı da açıqlama verib. Yolçu Xanvəlli zavodun məhsullarının keyfiyyəti ilə bağlı onlara heç bir şikayətin daxil olmadığını deyib. Onun sözlərinə görə, hər bir şirkətin müasir standartlara uyğun xüsusi laboratoriyası var:  “Bütün məhsullar həmin laboratoriyalarda yoxlanılır. Əgər şikayət daxil olarsa, biz yoxlayırıq. Amma bizə “Azərsun”nun məhsulları ilə bağlı şikayət daxil olmayıb. Uzun illərdir qida təminatı ilə məşqul olan “Azərsun” xalq arasında xüsusi etimad və güvən qazanıb”. 

Baxılıb: 4324
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: