İdman
Almaniyada beynəlxalq Kikboksinq turniri - Xəyal Əhmədov sabah döyüşəcək
A
Almaniyada beynəlxalq Kikboksinq turniri - Xəyal Əhmədov sabah döyüşəcək
09:10 24.03.2017
Sabah martın 25-də Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turniri start götürəcək.

“Qala turnir və böyük oyun” kimi tanınan bu yarışmaya dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli(Mix-Fight) kikboksçular qatılacaq.

60-ya yaxın idmançının iştirak edəcəyi Böyük Oyunda Azərbaycanı peşəkar kikboksçumuz, müxtəlif beynəlxalq turnirlərin qalibi Xəyal Əhmədov təmsil edəcək.

X.Əhmədov bundan əvvəl də Almaniyada keçirilmiş beynəlxalq qarşılaşmalarda Azərbaycanı uğurla təmsil edib və keçirdiyi bütün döyüşlərdə qələbə qazanıb. Ötən il Almaniyanın Vuppertal şəhərində A1WCC versiya üzrə keçirilmiş turnirdə X.Əhmədov erməni rəqibini nakauta salaraq parlaq qələbə qazanmışdı.

Turnir Bohum şəhərinin ən böyük arenasında – “RuhrCongress”də təşkil olunacaq. 

Qeyd edək ki, X.Əhmədov bir neçə gündür ki, Almaniyadadır. 
Baxılıb: 21868