Hadisə
Bakı-Sumqayıt yolunda ağır qəza - 2 tələbə olüb, 10-dək yaralı var
A
Bakı-Sumqayıt yolunda ağır qəza - 2 tələbə olüb, 10-dək yaralı var
10:13 09.03.2017
Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfərin öldüyü, 10-dək şəxsin xəsarət aldığı bildirilir. 

AZƏRFASK xəbər verir ki, APA-nın yaydığı məlumata görə, ölənlərin hər ikisi tələbədir.
 
İlkin məlumatda mikroavtobusun yola çıxan piyadanı vurmamaq üçün manevr edərkən yolun kənarındakı maneəyə çırpıldığı bildirilsə də, araşdırma zamanı məlum olub ki, mikroavtobus yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.
 
Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Baxılıb: 14110