İdman
"Futbol sirkə, futbolçuları isə alınıb-satılan mala çevrilib"
A
09:16 09.03.2017
Almaniya millisinin hücumçusu Tomas Müller maraqlı fikirləri ilə diqqət mərkəzinə gəlib.

GQ jurnalına müsahibə verən "Bavariya"lı böyük futbol sirkə, futbolçuları isə alınıb-satılan mala bənzədib.

"Hazırda futbolçulara ödənilən pullar absurddur. Heç kim bu qədər pula dəymir. Müasir dövrdə futbolçular alınıb-satılan mala çevriliblər. Ancaq bu, bizi dəyişməməlidir. Hər futbolçu öz transfer qiymətini düşündükcə böyük təzyiq altında qalır.
 
Əgər sən futbolçusansa, böyük biznesin və qurulmuş bir sirkin parçası olduğunu dərk etməlisən. Ancaq bunu hər zaman beyninə salıb düşünmək olmaz. Çünki adam dəli ola bilər", - oyunçu bildirib. 

Apasport
Baxılıb: 13639