İdman
Adil Əliyev kikbokçulara və onlara dəstək verənlərə təşəkkür etdi - Açıqlama
A
Adil Əliyev kikbokçulara və onlara dəstək verənlərə təşəkkür etdi - Açıqlama
21:23 04.03.2017
"Dünən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında VIII "Heydər Əliyev Kuboku" uğrunda turnirdə Azərbaycan və İran kikboksçularının biri-birindən maraqlı və gərgin döyüşləri oldu. Bizi turnirdə tək qoymayıb, dəstəkləyən bütün dostlara - QHT nümayəndələrinə, media və başqa sahəni təmsil edən şəxslərə öz minnətdarlığımı bildirirəm. İdmançılarımızın qələbə qazanmasında Sizlərin böyük dəstəyi hiss olunurdu. Nə yaxşı ki, sizlər varsınız. Unutmayaq ki, hamımızı bir tale və alın yazısı birləşdirir: GÜCLÜ AZƏRBAYCANA XİDMƏT ETMƏK”. 

AZƏRFAKS xəbər verir ki, bunu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev turnirin nəticələrinə münasibət bildirərkən deyib. 

Xatırladaq ki, turnirin nəticələri aşağıdakı kimi olub:


Azərbaycan – İran – 6:1

Lou-kik

63,5 kq. Elşən Qəniyev – İraj Muradi – 2:1
67 kq. Ruslan Musayev – Həmid Amni – 3:0
71 kq. Rəhim Əliyev – Əli Bani Əsəd – 3:0
75 kq. Alışan Aslanlı – Seyid Əmir – 0:3

K-1

71 kq. Ramal Aslanov – Həmid Asli – 3:0
81 kq. Emin Mövsümzadə – Abufazil Qudarzi – 3:0
86 kq. Orxan Məlikov – Omid Nüsrəti – 3:0

Baxılıb: 20253