Şou
Türkiyə səfiri azərbaycanlılara yuxarıdan aşağı baxıb…
A
Türkiyə səfiri azərbaycanlılara yuxarıdan aşağı baxıb…
09:32 26.09.2016
Bir müddət öncə fəaliyyət müddətini başa vuran səfir İsmayıl Alper Coşqun Türkiyə səfirliyində çalışan Azərbaycan və Türkiyə vətəndaşları arasında fərq qoyması barədə xəbər öz təsdiqini tapıb.

Elchi.az – a verilən  xəbərdə İsmayıl Alper Coşqunun səfir kimi fəaliyyətə başladığı dönəmdən işçilərə münasibətdə və inzibati məsələlərdə ciddi dönüşlər yaratdığı, azərbaycanlı heyətə layiq olmadıqları münasibəti sərgilədiyi qeyd olunurdu. Türkiyənin Bakıdakı səfirliyində çalışan şəxslərin dediyiniə görə, İsmayıl Alper Coşqun onlara səfirliyə gələn kənar şəxs kimi yanaşıb. Türkiyə vətəndaşlarından fərqli olaraq, səfirlikdə çalışan azərbaycanlılar hər dəfə işə gələrkən qapıda ciddi yoxlamalara məruz qalıb. İclaslarda azərbaycanlı işçilərin fəaliyyətində hər zaman tənqid axtaran, səfir ötən illər ərzində onlarla bürokrat kimi davranıb. Səfirlikdə uzun illərdən bəri çalışan azərbaycanlılar yeni qaydaları çətinliklə də olsa həzm edə biliblər.  Türkiyə və Azərbaycan vətəndaşları olan səfirlik işçisinin eyni vaxtda hanısa bir tədbirdən səfirliyə dönən zaman birinin sərbəst keçişini, digərinin isə qapıda dəqiqələrlə ləngidilməsini təsəvvür etmək oradakı mənzərəni ortaya qoyur.
Odur ki, daha öncə çalışan səfirlərin getməsinə  üzülən azərbaycanlılar İsmayıl Alperin gedişini sevinclı qarşılayıblar.
Araşdırmalarımız nəticəsində bəlli oldu ki, İsmayıl Alper Coşqun təkcə Türkiyə səfirliyində çalışan Azərbaycan vətəndaşlarına deyil, bütövlükdə azərbaycanlılara yuxarıdan aşağı baxıb. Hər zaman Türkiyə səfirlərindən və səfirlikdə çalışan diplomatlardan sayğı və ehtiram görən azərbaycanlılar öncə səfirin yeni gəldiyini və müəyyən müddətdən sonra hər şeyin öz axarına düşəcəyini düşünüblər. Lakin gözləntilər özünü doğrultmayıb. İsmayıl Alper Coşqunun bu yanaşması türk diplomatlarının da narazılığına səbəb olub. Türkiyə səfirinin azərbaycanlılara Amerikalı ədası ilə yanaşması səfirlikdəki atmosferə də təsir göstərib.
Əldə etdiyimiz məlumata görə, İsmayıl Alper Çoşqunun fəaliyyəti dövründə diplomatik nümayəndəliyin əsas yükü Səfirliyin müşaviri xanım Meral Barlas çiyinlərində olub.
Səfirlikdə çalışanlar yeni səfirin gəlişini səbirsizliklə gözləyir və hər şeyin əvvəlki axarına qayıdacağını düşünürlər.

Elçi.az

Baxılıb: 18319