Şou
Nail Naiboğlu bu gözəli “tora” salıb – “Söylə” kimdir o? – VİDEO
A
Nail Naiboğlu bu gözəli “tora” salıb – “Söylə” kimdir o? – VİDEO
11:15 15.09.2016
Azərbaycan şou-biznesinin klip siyahısına yeni biri də əlavə olunub.

Azadinform xəbər verir ki, müğənni Cəlalət özünün müəllifi olduğu “Söylə” mahnısına klip çəkdirib. Azərbaycan təbiətinin qoynunda lentə alınan klipi tanınmış rejissor Nail Naiboğlu ərsəyə gətirib. Çəkdiyi kliplərlə tamaşaçı rəğbəti qazanan rejissor bu işi haqqında danışarkən təvazökarlıq edib. Klipin tamaşaçılar tərəfindən maraqla qarşılanacağına ümidli olan N. Naiboğlu özünün İnstagram səhifəsində həm fotolar paylaşıb, həm də yazıb: “Axır ki, bu gözəli də tora saldım. Əminəm ki, klip super olacaq”.

Qeyd edək ki, lirik üslubda bəstələnən mahnıda yarımçıq bir sevgidən bəhs edilir. Əsas obrazı məşuq olan mahnı aşiqə “Hardasan?” xitabı üzərində qurulub və bu mahnını klipə çevirən rejissor yarını axtaran bir şəxsin peşmançılığını ustalıqla verə bilib.

Klipin dərinlikləri haqqında çox danışsaq sizə onun mənası haqqında fikirləşmək imkanı verməmiş olarıq. Odur ki, haqqında danışdığımız klipi sizin müzakirənizə buraxırıq:

Baxılıb: 10815