Hadisə
25 yaşlı məhkum öldü - Bakı həbsxanasında
A
25 yaşlı məhkum öldü - Bakı həbsxanasında
06:28 13.02.2016
Bakıda həbsxanada dustaq ölüb. 

Hadisə 6 saylı cəzaçəkmə müəssisəsində baş verib. 

Məhkum, 25 yaşlı İbrahimov Nurani Fuad oğlu müəmmalı şəkildə dünyasını dəyişib. 

Məlumatı mərhum məhkumun qardaşı verib. O, bildirib ki, hadisə ötən gecə baş verib və bir qədər əvvəl meyit ailəsinə təhvil verilib. Bakının Hövsan qəsəbəsində yaşayan Nurani İbrahimov sabah dəfn ediləcək. 

Məhkumun qardaşı bildirib ki, Nyrani İbrahimov bir neçə gün əvvəl karserə salınıbmış. O, meyitin üzrərində zorakılıq əlamətlərinin olduğunu da deyib. 

Lakin məhkumun karserə salınmazdan əvvəl və ya sonra, eləcə də kim tərəfindən işgəncəyə məruz qaldığı ailəsinə məlum deyil. 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib ki, məhkum ölümü barədə məlumatları yoxdur və bu barədə yalnız sabah açıqlama verə bilərlər.

Qeyd edək ki, Nurani İbrahimov məhkəmə qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilibmiş və cəzasının 5-ci ilində dünyasını dəyişib. 

Musavat.com

Baxılıb: 11046