Hadisə
PKK-ya böyük zərbə: 60 terrorçu məhv edildi
A
PKK-ya böyük zərbə: 60 terrorçu məhv edildi
09:13 08.02.2016
Türkiyədə PKK terror təşkilatına qarşı böyük miqyaslı əməliyyat keçirilib. Türkiyə Silahlı Qüvvələrinin (TSK) Şırnak vilayətinin Cizre rayonunda keçirdiyi əməliyyatda 60 terrorçu məhv edilib. 

Ötən axşam təhlükəsizlik qüvvələri Cizre rayonunun Bostancı küçəsi 23 saylı binada əməliyyat keçirib. Keçirilən uğurlu əməliyyat nəticəsində bina tamamilə ələ keçirilib. Zirzəmisində yaralıların da olduğu bildirilən binanın PKK terror təşkilatının bölgədəki əsas qərargahı olduğu məlum olub. 

Verilən məlumatlarda bildirilir ki, terrorçular 3 ildir bu binaya heç kimin yaxınlaşmasına izn verməyib. 

Artıq Cizredə əməliyyatların başa çatdığı, rayonun terrorçulardan tamamilə təmizləndiyi bildirilir. 

Öldürülən terrorçular arasında terror qruplaşmasının dağ heyətindən yüksək çinli idarəçilərdən “Mamo” və “Rozan” da olub. 

PKK terror təşkilatının siyasi qolu Xalqların Demokratiya Partiyası (HDP) əməliyyatla bağlı mətbuata açıqlama verib. PKK-nın mətbu orqanı “Med Nuçe” televiziyasına birbaşa telefon əlaqəsi ilə qoşulan HDP Şırnak millət vəkili Faysal Sarıyıldız faktı təsdiq edə bilmədiklərini, amma binanın zirzəmisindən güclü partlayış səsi eşidildiyini deyib. 

ANS
Baxılıb: 6231