Mövqe
ATƏT Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalardan narahdır
A
ATƏT Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalardan narahdır
11:27 04.02.2016
“Ermənistan və Azərbaycan arasında təmas və sərhəd xəttində baş verən silahlı toqquşmalar narahatlıq doğurur”.
 
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer “The Huffington Post”da nəşr olunan “ATƏT Avropanın təhlükəsizliyi üçün niyə əvəzedilməzdir?” başlıqlı yazısında bildirib.
 
Müəllif qeyd edib ki, Dnestryanı, Dağlıq Qarabağ kimi münaqişələr bütün ATƏT məkanında çətinliklərə və durğunluğa gətirib çıxarır: “Biz atəşkəsi stabilləşdirmək, etimad qurmaq, kiçik, lakin əməli nəticələri olan addımlar ataraq, eləcə də iqtisadi mübadilələri genişləndirərək insanların gündəlik həyatlarını inkişaf etdirmək istəyirik. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, təmas və sərhəd xəttində baş verən silahlı toqquşmalar narahatlığa səbəb olur. Almaniya ATƏT-in Minsk Qrupunun himayəsi ilə danışıqların intensivləşdirilməsinin tərəfdarıdır. Bununla bağlı ən mühüm addımlardan biri atəşkəs rejiminin pozulması ilə bağlı mexanizmin yaradılmasıdır”.
 
F. V. Ştaynmayer ATƏT-ə sədrlik edən dövlət kimi Almaniyanın qurum çərçivəsində konsensusun gücləndirilməsi istiqamətində çalışacağını da diqqətə çatdırıb.

APA
Baxılıb: 21512
Mövqe bölməsinin digər xəbərləri: