Hadisə
Azərbaycanda ömürlük məhbus intihar edib
A
Azərbaycanda ömürlük məhbus intihar edib
11:14 04.02.2016
Qobustan həbsxanasında intihar hadisəsi olub. Ömürlük həbs cəzası verilən məhkum özünü asıb. 

Hüquq-mühafizə orqanlarından "AZƏRFAKS"a verilən məlumata görə, 2015-ci ilin iyun ayında cinayət məcəlləsinin 120.2.4,120.2.5, 120.2.7, 120.2.9, 120.2.11 və başqa bir neçə maddə ilə təqsirləndirilərək barəsində ömürlük həbs-qətimkan tədbiri seçilən Gəncə şəhər sakini 1975-ci il təvəllüdlü Sübhay Əşrəf oğlu İbrahimov özünü cəzasını çəkdiyi Qobustan Həbsxanasında asıb. Onun hansı səbəbdən intihar etdiyi barədə hələlik məlumat verilmir.

Faktla bağlı Qardağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Ötən ilin sentyabr ayında da Qobustan həbsxanasında ömürlük həbsə məhkum olan məhbus Abbasov Alaqif Arif oğlu intihar edib. Məlumata görə, həmin şəxs 9 ay imiş ki, həbsdə yatırmış və son zamanlar digər məhbuslara administrasiya ilə münasibətlərinin pis olmasından, həmçinin kamerasının tez-tez dəyişməsindən gileylənirmiş.

Məhkum sentyabrın 6-da gəzintiyə çıxarkən kəskin alətlə boğazını kəsib. O dərhal Mərkəzi həbsxana xəstəxanasına etap olunsa da, səhəri gün vəfat edib.

Baxılıb: 21191