Aktual
Binəqədidəki 283 saylı orta məktəbdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
A
Binəqədidəki 283 saylı orta məktəbdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
17:07 11.12.2015
Dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu, 283 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib. 

Tədbirdə AMEA-nın müxbir üzvü, professor, tarixçi-alim Vəli Əliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Tofiq Sadıqov, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai - siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, jurnalist-tədqiqatçı Qurban Əliyev, Binəqədi rayonu Bələdiyyə sədri Sitarə Cabbarlı iştirak edib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Tünzalə Zeynalova açaraq. Heydər Əliyevin keçdiyi tarixi yolu və irsinin öyrənilməsini gənc nəslə tövsiyə edib. Tədbir zamanı şagirdlərdən Əli Budaqovun, Mətanət Səmədovanın yazdıqları şeirlər səsləndirilib. Ümummilli liderlə bağlı səhnə - kompozisiyalar nümayiş etdirilib. Tədbir əvvəldən axıra qədər Ulu öndərlə bağlı prezentasiyalarla müşayiət etdirilib.
Yekun söz olaraq məktəbin direktoru ölkə başçısı cənab İlham Əliyevin əsaslı təmirdən sonra məktəbdə olması, onunla bağlı kollektivin məsuliyyətinin daha da artması barədə danışıb və yeniyetmələrə belə sağlam mühitdə yeni uğurlar arzulayıb.

Baxılıb: 4055