Diqqət mərkəzi
Xalq artisti: "Yazılanlar yalandır, dövlət mənə nə lazımdırsa hamısını edir"
A
Xalq artisti:
09:28 07.08.2015
Azər­bay­ca­nın xalq ar­tis­ti, gör­kəm­li aktyor və re­jis­sor Ra­miz Əziz­bəy­li­nin səh­hə­ti­nin kəs­kin pis­ləş­mə­si, qay­ğı və çə­tin­lik­lər için­də ol­ma­sı ba­rə­də elektron KİV-lər­də da­vam­lı ola­raq mə­lu­mat­lar ya­yı­lır. İd­di­a­la­ra gö­rə, R.Əziz­bəy­li­yə Azər­bay­can Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi tə­rə­fin­dən heç bir kö­mək gös­tə­ril­mir, onun mü­ra­ci­ət­lə­ri­nə ca­vab ve­ril­mir.

"AZƏRFAKS" xəbər verir ki. de­yi­lən­lə­rin nə qə­dər hə­qi­qə­ti əks et­dir­di­yi­ni araş­dır­maq məq­sə­di­lə "Bakı-Xəbər"in əməkdaşı xalq ar­tisti ilə əla­qə sax­layıb. R.Əziz­bəy­li onun adın­dan mət­bu­at­da yer alan açıq­la­ma­la­rın əsas­sız ol­du­ğu­nu deyibi: "Ya­zı­lan­lar mə­ni çox əsəb­ləş­di­rir. Mə­də­niy­yət Na­zir­li­yi də, Azər­bay­can döv­lə­ti də mə­nə hər za­man da­yaq olub, bu gün də da­yaq du­rur. Ya­zı­lan­la­rın heç bir əsa­sı yox­dur, bu, hə­qi­qə­ti əks et­dir­mir. Mə­nim adım­dan ya­zı­lan na­ra­zı­lıq do­lu fi­kir­lə­rin ha­mı­sı­nı tək­zib edi­rəm, ya­lan yaz­ma­sın­lar. Düz­dür, səh­hə­tim­də prob­lem var, if­li­cəm, am­ma da­nı­şı­ram, fik­ri­mi açıq ifa­də edə bi­li­rəm. Yax­şı­yam, özü­mü pis hiss et­mi­rəm. Döv­lət mə­nim üçün nə la­zım­dır­sa edib. İki də­fə ev ve­rib, Pre­zi­dent tə­qa­ü­dü alı­ram. Şü­kür Al­la­ha, heç bir çə­tin­li­yim yox­dur. Mə­nə gös­tər­di­yi qay­ğı­ya gö­rə Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nə, döv­lə­ti­mə bö­yük min­nət­dar­lı­ğı­mı bil­di­ri­rəm. Xa­hiş edi­rəm ki, bu­nu ya­za­sı­nız. Qa­da­sın alım döv­lə­ti­min, hö­ku­mə­ti­min. Ba­kı­da ev­də­yəm. İf­lic mə­ni işim­dən uzaq sal­dı. Tə­qa­üd­də­yəm. Ki­no­da so­nun­cu işim "Ya­lan" fil­mi ol­du".

Qeyd edək ki, Ra­miz Əziz­bəy­li Azər­bay­can ki­no re­jis­so­ru və aktyo­ru, Azər­bay­ca­nın xalq ar­tis­ti, pro­fes­sor, Azər­bay­can Döv­lət Mə­də­niy­yət və İn­cə­sə­nət Uni­ver­si­te­ti­nin estra­da və mu­si­qi­li te­atr re­jis­sor­lu­ğu ka­fed­ra­sı­nın mü­di­ri, "Ha­cı Zey­na­lab­din Ta­ğı­yev" və "Qı­zıl Bu­ta" mü­ka­fat­la­rı la­u­re­a­tı, mü­ğən­ni, sse­na­ri mü­əl­li­fi və dublyaj işinin ustası kimi mə­də­niy­yət ta­ri­xi­miz­də xü­su­si yer tu­tur.

Sə­nət­kar 1987-ci il­də "De­büt" stu­di­ya­sın­da çək­di­yi "Pir­ver­di­nin xo­ru­zu" qı­sa­met­raj­lı bə­dii fil­mi ilə re­jis­sor­luq fə­a­liy­yə­ti­nə baş­la­yıb. Film bir ne­çə bey­nəl­xalq ki­no­fes­ti­val­da mü­vəf­fə­qiy­yət­lə iş­ti­rak edib, Ki­yev şə­hə­rin­də ke­çi­ri­lən Ümu­mit­ti­faq fes­ti­val­da isə re­jis­sor de­bü­tü­nə gö­rə mü­ka­fa­ta la­yiq gö­rü­lüb. 1991-ci il­də isə "Bəxt üzü­yü" tam­met­raj­lı bə­dii fil­mi­ni çə­kib. Film ki­no­te­atrlar­da nü­ma­yiş olu­nan ən ba­xım­lı kas­sa fil­mi və ye­ni ta­ri­xi­miz­də çə­ki­lən ilk ən gə­lir­li ki­no işi ki­mi yad­da qa­lıb. Film Daş­kənddə ke­çi­ri­lən Asi­ya və La­tın Ame­ri­ka­sı öl­kə­lə­ri­nin ki­no­fes­ti­va­lın­da xü­su­si dip­lo­ma la­yiq gö­rü­lüb. Re­jis­so­ru ol­du­ğu "Ya­lan" bə­dii fil­mi isə Qa­ra­bağ prob­le­mi­nə, onun tö­rət­di­yi fa­ci­ə­lə­rə həsr edi­lib. Azər­bay­can ki­no sə­nə­ti­nin in­ki­şa­fın­da­kı xid­mət­lə­ri­nə gö­rə 18 de­kabr 2000-ci il­də Azər­bay­ca­nın əmək­dar ar­tis­ti, 1 av­qust 2008-ci il­də isə Azər­bay­ca­nın xalq ar­tis­ti fəx­ri ad­la­rı­na la­yiq gö­rü­lüb.

Bö­yük sə­nət­ka­rı­mı­za uca Ya­ra­dan­dan can sağ­lı­ğı ar­zu edi­rik. Çün­ki onun ki­no­da gö­rü­lə­cək say­sız iş­lə­ri var...


Baxılıb: 3683