Şou
İlk Avropa Oyunlarının açılış mərasimində ən az 20 dövlət başçısının iştirakı gözlənilir
A
İlk Avropa Oyunlarının açılış mərasimində ən az 20 dövlət başçısının iştirakı gözlənilir
10:42 26.05.2015
İlk Avropa Oyunlarının açılış mərasimində ən az 20 dövlət başçısının və hökumət nümayəndələrinin iştirakı gözlənilir

"AZƏRFAKS" Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov “Rossiyskoy qazeta”-ya müsahibəsində deyib.

A.Rəhimovun sözlərinə görə, ilk olaraq Beynəlxalq Olimpiya Komitəsinin üzvü Monako Knyazı II Albert və Böyük Lüksemburq Hersoqu öz iştirakını təsdiqləyib: “Oyunların başlamasına az qalmış Avropadan Bakıya neçə dövlət başçısının gələcəyi məlum olacaq. Biz ən az 20 dövlət başçısının gələcəyini gözləyirik”.
Baxılıb: 4033