Kitab
Qənirə Paşayevanın “Uzaqdakı ən yaxın Pakistan” adlı kitabının təqdimatı olub - Fotolar
A
Qənirə Paşayevanın “Uzaqdakı ən yaxın Pakistan” adlı kitabının təqdimatı olub - Fotolar
16:33 04.04.2015
Millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu, ilk nüsxəsi bu ilin mart ayında Pakistan prezidentinə təqdim edilmiş kitabın təqdimatı Pakistanın Milli Günü münasibəti ilə  düzənlənən təntənəli mərasimdə gerçəkləşib. 

Pakistanın milli istiqlala qovuşmasının 67-ci ildönümü münasibəti ilə düzənlənən mərasimdə iki ölkə adından rəsmi salamlamadan sonra qardaş ölkənin Azərbaycanda və Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser bu mərasimdə “Uzaqdakı ən yaxın Pakistan” kitabının təqdimat və imzalanma mərasiminin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq ölkəsi adından millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva təşəkkürünü bildirib. 

Cənab səfir vurğulayıb ki, millət vəkili Qənirə Paşayevanın yazmış olduğu çox maraqlı kitabı yüksək dəyərləndirir və oxucular üçün diqqətçəkici olacağını düşünür.  Nəfis tərtibatla işq üzü görən kitabı Pakistana məhəbbətin ifadəsi, Azərbaycan-Pakistan strateji münasibətlərinə sanballı töhfə kimi qiymətləndirən səfir Xalid Usman Qayser, Qənirə Paşayevanın Pakistan üçün əziz gündə, sözügedən kitab haqqında öz müəllif duyğu və düşüncələrini, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü kimi sözlərini söyləmək üçün tribunaya dəvət etdi.  Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva, cənab səfirə öz təşəkkürünü bildirərək, bu yaxınlarda respublikamızda səfərdə olan Pakistan prezidenti ilə Azərbaycan Prezidentinin yüksək səviyyədə keçirilən görüş və müzakirələrindən söz açaraq, bunun qardaş ölkələrimiz arasında işbirliyinin daha da inkişafına böyük təkan verəcəyinə inandığını dedi. Pakistana səfəri zamanı onu qəbul edərək geniş zaman ayıran və Pakistanla bağlı yazdığı kitab üçün dəstəyini əsirgəməyən Pakistan prezidenti Məmnun Hüseynin timsalında bütün Pakistan xalqına, qardaş ölkənin Azərbaycandı səfirliyinə və eləcə də, ölkəmizin Pakistandakı səfirliyinə təşəkkürünü bildirən Q.Paşayeva, “Uzaqdakı ən yaxın – Pakistan” adının özlüyündə kitabın içini, mətn-mündəricəsini də ehtiva etdiyini bildirdi.  Qardaş ölkəni Milli Gün münasibəti ilə təbrik edən xanım millət vəkili bildirdi ki, daha çox gənc nəsillərimizin qardaş Pakistanı daha yaxından tanımasına hesablanmış kitab, Azərbaycan-Pakistan münasibətlərinə kiçik də olsa bir tövhə verərsə, bundan çox məmnun olar.  “Pakistan hər zaman ürəyimdə olan çox doğma bir ölkədir və bundan sonra da öz fəaliyyətimdə bu qardaş ölkə ilə münasibətlər özəl yer tutacaq” deyən Q.Paşayeva vurğulayıb ki, "Biz bu anlamlı gündə ümummilli liderimizi rəhmətlə anır, onun iki qardaş ölkənin münasibətlərinin daha da dərinləşməsi üçün göstərdiyi tarixi xidmətləri minnətdarlıqla qeyd edirik.  Biz YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən humanitar layihələri qeyd etməklə, bu önəmli layihələrin dostluq-qardaşlıq ənənələrimizin gəlişməsindəki rolunu səmimiyyət və qədirbilənliklə xatırlatmalıyıq. Biz Pakistanın ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması, parlament səviyyəsində Xocalı Soyqırımını tanıması kimi köklü faktları yüksək qürur hissi ilə bir daha qeyd edir, qardaş pakistan xalqına, Pakitsan dövlətinə təşəkkürümüzü çatdırırq. Bu rəmzi və fəlsəfi olaraq da, birbaşa və gerçək anlamda da bizim kitabın adının, yazılmasının mahiyyətini ifadə etməkdədir.” “Jurnalistlik və ictimai-siyasi fəaliyyətimin ayrı-ayrı illərində Pakistanda, onun fərqli bölgələrində səfərdə olmuş bir Azərbaycanlı kimi, şəxsi təəssüratlarım fonunda Pakistan həyatını, tarixini, mədəniyyətini, müstəqillik savaşı tarixini, problem və qayğılarını, uğurlarını özünəməxsus detallarla, tarixi faktlar və etibarlı qaynaqlarla oxucuya təqdim etməyə çalışmışam” deyə sözünə davam edən millət vəkili, kitabın bütün tirajının Azərbaycan kitabxanalarına, univerisitet və KİV-lərə, aparıcı QHT-lərə hədiyyə ediləcəyini, eyni zamanda Azərbaycan-Pakistan münasibətlərini araşdıran mütəxəxsislərə, araşdırmaçılara paylanacağını da diqqətə çatdrdı.  Qeyd edək ki, “Uzaqdakı ən yaxın- Pakistan” kitabı Pakistanın görkəmli filosof-şairi Muhammad İqbalın “Öncə dostluq, qardaşlıq, sonra Yol...” düşüncəsinin gerçək yaşamı, mənəvi davamı olaraq araya-ərsəyə gəlib. Dost, qardaş Pakistan İslam Respublikasının zəngin tarixini, mədəniyyətini, adət-ənənənə özəlliklərini son dərəcə heyranlıq və məftunluqla təqdim edən kitab, özlüyündə bir dostluq körpüsüdür – keçilməsi mütləq vacib olan dostluq körpüsü... Hər sətrində iki qardaş ölkənin tarixi əlaqələrinə, dövlət səviyyəsində çağdaş əməkdaşlıq gerçəkliyinə dərin ehtiram ifadə olunan kitabda Pakistanın inkişaf etmiş islam respublikası kimi öz müstəqilliyini qazanmasında, inkişaf etməsində xüsusi əməyi olan, millət atası kimi əziz tutulan tarixi şəxsiyyətlərdən, Pakistanın bənzərsiz mənəvi dünyasından, tarixi abidələrindən, bölgə və əyalətlərindən sayğıyla söz açılır. Ən başlıcası, ölkələrimiz arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin gəlişmələri, bu gün dövlət başçıları səviyyəsində bu siyasətin uğurla davam etdirilməsi konkret misallarla geniş oxucu kütləsinə çatıdırlır. 

Pakistan-Azərbaycan dostluq və qardaşlığının tarixi ənənələrinə ehtiram çələngi kimi ərmağan edilən bu kitabda adı kimi pak, zaman-zaman milli dəyərlərə sahiblik edən Pakistan İslam Respublikasını hər bir oxucu könlünün istəyincə görür və tanıyır. Bu, uğurlu, vəfalı, gərəkli və gələcəkli bir tanışlıqdır...
Baxılıb: 16325