Hadisə
Ermənistan Oordusunun daha bir əsgəri məhv edildi
A
Ermənistan Oordusunun daha bir əsgəri məhv edildi
00:20 30.03.2015
Ermənistan ordusu daha bir əsgərini itirib.

Bu gün axşam saatlarında Qarabağda qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri məhv edilib.

Ermənistan Müdafiə Nazirliyi yaydığı məlumata görə, 1995-ci il təvəllüdlü hərbi qulluqçu Ovsep Andreasyan aldığı güllə yarasından hadisə yerindəcə keçinib.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq. (ANS)
Baxılıb: 6729