Hadisə
Viktor Yanukoviçin oğlunun ölüm xəbəri yayıldı
A
Viktor Yanukoviçin oğlunun ölüm xəbəri yayıldı
15:33 22.03.2015
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçun kiçik oğlu, atasının adaşı Viktor Yanukoviç Rusiyada faciəvi şəkildə həlak olub.

“AzerFax”(АFA) Ukrayna mətbuatına istinadən xəbər verir ki, sabiq prezidentin oğlunun da olduğu mikroavtobus buz bağlamış Baykal gölünün üzərinə çıxıb və ağırlıq nətəcəsində buzun çatlaması baş verib. Məlumata görə, hadisədə mikroavtobus batıb, sükan arxasında olan kiçik Viktor Yanukoviç isə həlak olub. Sərnişinlərdən bir neçəsi isə xilas olunub. 
Hadisəni Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə nümayəndəliyindən təsdiq ediblər. İdarədən bilrilib ki, batmış mikroavtobus xüsusi işarələrə məhəl qoymadan qadağan olunmuş ərazidə buzun üzərinə çıxıb. Lakin həlak olmuş şəxsin adı açıqlanmayıb. Yalnız onu biliriblər ki, həlak olmuş şəxsin soyadı Yanukoviç deyil. 
Ukraynalı bloggerlərin yaydığı məlumatlarda həlak olmuş şəxsin soyadının Davıdov olduğu qeyd olunub. İddi olunur ki, Davıdov kiçik Viktor Yanykoviçin anasının qızlıq soyadıdır və o, Ukraynadakı məlum hadisələr zamanı məhz bu soyadla ölkəni tərk edib. 

Qeyd edək ki, keçmiş prezidentin oğlu atasının hakimiyyətdə olduğu dönəmlərdə bir neçə məsul vəzifədə çalışıb, Ukrayna parlamentində təmsil olunub.


"AzerFax"
Baxılıb: 38109