Şou
Könül Kərimovanın 1 milyonluq royalı - "Məndən bahalıdır"
A
00:01 05.12.2014


Bu gün Zaur Kamalın verlişinin qonağı olan Teymur Əmrah gözlənilməz etirafları ilə diqqət çəkib. "AzerFax" xəbər verir ki, bu barədə gecce.az saytı məlumat yayıb. Könül Kərimovanın ona dediyi “Uşağı o ciyəri yanmışın yanına göndərdim, hələ də hazırlamır onu” sözlərinə Teymur Əmrah təmkinli və gözlənilməz cavabı ilə yadda qalıb:

“Yox, sadəcə səhhətimdə problem olduğuna görə alınmadı. Amma ondan mütləq müğənni olacaq. Gözəl lirik tenor səsi var. Əgər get-gedə tələbə müəllimdən gözəl oxumadısa, o, müəllim deyil. Onun oğlu Rəşada bircə ay dərs demişəm, o ay da pul götürməmişəm ondan. Mən ümumiyyətcə evdə dərs demirəm. Ya Bakı Musiqi Akademiyasında, ya da İncəsənət Universitetində. Artıq 3 ildir ki, dərs keçmirəm. Amma Könül xanımın evi belədir ki, bilmirəm, ora muzey demək olar. Onun evindəki royalın qiyməti məndən bahadır. 50 min, 100 min, 200 min, bəlkə də 1 milyondur. Çox bahadır! Orada bir ay məşğul oldum Könül xanımın oğlu ilə". 

 

Baxılıb: 982