Şou
Anası gəzən ağacı indi də balası gəzir
A
00:01 05.12.2014


“AzerFax” xəbər verir ki, bu barədə show.az məlumat yayıb. 17 yaşlı Ludres Leon məşhur anasının izi ilə getməyə qərar verib. Gənc qız voka dərslərinə getmək, rəqs və aktrisalıq üzrə kurslara getmək arzusunda olduğunu bildirib. O, Miçiqan Universitetinə daxil olaraq incəsənət sahəsində özünə yol açmaqda qərarlıdır. 

Qeyd edək ki, Madonna gəncliyində özü də bu universitetin tələbəsi olub. Hətta onun valideynləri qeyri-ciddi ixtisas seçdiyi üçün Madonnanı tənqid atəşinə də tutublarmış. Məşhur müğənni öz valideynlərinə baxdıqda qızına tərbiyə verərkən daha liberal mövqe tutur. Belə ki, o, qızı Ludresin sənət seçimində ona tam sərbəstlik verib.

 

Baxılıb: 1007