Diqqət mərkəzi
"Yutub ulduzları"nın sorğu rüsvayçılığı - Hanı alternativ komanda?
A
15:53 04.10.2019

Əli Kərimli, Tofiq Yaqublu, Gültəkin Hacıyeva , Qubad İbadoğlu, Ramiz Yunus və hərdən bir Cəmil Həsənli...

Bunlar müxalifət adından “youtobe” və “facebook” sosial şəbəkələrindəki canlı yayımlarda görünənlərdir. Eyni adamlar bir gün “Osmanqızı”dan boy verir, ertəsi gün “Azərbaycan saatı”ndan... Nə danışdıqları ilə işimiz yoxdur. Baxanlar bilir, “çevir tatı, vur tatı” kimi bezdirici ruhda olan çıxışlardan o tərəfə keçə bilmirlər.

Diqqətinizi başqa məqama yönəltmək istərdik.

Adıçəkilən şəxslər dərnək mahiyyətli Milli Şuranın təmsilçiləridir. Bunlar guya hakimiyyətə alternetiv olduqlarını iddia edir, “mükəmməl” idarəçilik, xalqa “daha yaxşı” güzaran və “aşıb-daşan” göstəricilərə yüksələcək iqtisadiyyat vəd edirlər. Amma...

Hansı potensialla?

Hansı komanda ilə?

Hansı proqramlarla?

Əli Kərimli bu illər ərzində öz partiyasından bir iqtisadçını belə cəmiyyətə təqdim edə bilmədi. Görünən odur ki, iqtisadiyyatın ayrı-ayrı qolları üzrə fərqli proqramlarla silahlanmış iqtisadçılar komandasına malik olmayan “lider”, “qorxulu statistika” yaratmaqdan başqa xüsusi bir iqtisadçı özəlliyinə malik olmayan Qubad İbadoğlu ilə “güclü iqtisadiyyat” yaradacağı nağılları ilə orta statistik tamaşaçının başına corab hörürür. Kərimli özü də yaxşı bilir ki, İbadoğlunun ətəyindən yapışıb onu Osmanqızı-nın efirinə pərçimləməklə “alternativ komanda”nın görüntüsünü də yaratmaq mümkün deyil. Amma içindəki hikkəsi, basıb-bağlamaq həvəsi onu uzun illərdir cəmiyyətə yalan ötürməyə sövq edir. Reallıq isə başqa mətləblər üzərində bərqərar olub: Ölkənin hazırkı iqtisadi mexanizminə əlavə bir vintil bağlayacaq iqtisadçıları yoxdur – alternativ komandaya malik deyil!

Təkcə iqtisadçılarla da iş bitmir axı. Cəmiyyət AXCP-nin və Milli Şuranın digər sahələr üzrə mütəxəssislərini də tanımır. Ağıllı tamaşaçı internet üzərindən yayımlanan verlişlərdə eyni adamların yerə-göyə sığmayan iddialarını eşidib, təbii olaraq soruşmaq istəyir:

Hansı potensialla?

Hansı komanda ilə?

Hansı proqramlarla?

Ağlı başında olan adamlar nağıllara könül vermir axı, faktı, real imkanları, “Biz” deyilərkən nəzərdə tutulan alternativ komandanı görmək istəyirlər. Yoxdur, görə bilmir, “Biz daha yaxşısını yaradacağıq” iddiasının arxasında dayanan gücü müşahidə etmirlər. 5-6 nəfərdən ibarət və əsasən köhnə bayatılar üzərində “performans” göstərən “ekspertlər qrupu”ndan başqa gözə dəyən heç kəs yoxdur. Gördükləri ancaq Əli Kərimli, Tofiq Yaqublu, Gültəkin Hacıyeva , Qubad İbadoğlu, Ramiz Yunus və hərdən də Cəmil Həsənlidir. Vəssalam! Cəmiyyət ancaq bu adamlardan ibarət “alternativ” komanda görür və o qənaətini möhkəmləndirir ki, Azərbaycanın gələcəyini YUTBXANA ULDUZLARIna etibar etmək olmaz! Bax elə etibar etmədiyindəndir ki, Milli Şuranın “fəal olun”, “dəstək verin” kimi çağırışlarına əks reaksiyalar getdikcə artır. Bunu müxalif platformalarda keçirilən sorğuların nəticəsindən də görmək olur.

Əvvəlcə 28 sentyabr mitinqinə dair sorğunun nəticələrinə diqqət edək. Sual belə idi: “28 sentyabr mitinqində iştirak edəcəksən?”. 91 faiz “Yox” cavabı verib. Sevinc Osmanqızının öz kanalında keçirdiyi sorğuda da böyük əksəriyyət mitinqə mənfi münasibət bildirib. Sorğuda iştirak edənlərin 81 %-i 28 sentyabr mitinqini dəstəkləməyib. Elə bəlkə də mitinqdən imtina etmələrinin səbəbi də bu olub, sadəcə Lökbatan bəhansilə pərdələməyə çalışdılar...

Daha sonra ümumiləşdirilmiş suallar qoyublar: “Müxalifət icazəsiz mitinqlərə başlamalıdır?” və ”Ölkə üzrə şəhərlərin mərkəzlərində icazəsiz mitinqlərə start verilsə, iştirak edəcəksiniz?” Bu sorğularda da “Yox” deyənlərin böyük üstünlüyü olub: “Hə” – 25%, “Yox” – 69%, “Azərbaycanda müxalifət yoxdur” – 6%

8 oktyabra təyin olunmuş aksiyaya ilə bağlı keçirilən sorğularda da analoji vəziyyətdir. Nəticələr bu dəfə də AXCP və Milli Şura üçün “ürəkaçan”olmayıb. İştirak edənlərin 35 %-i “Hə”, 65%-i “Yox” cavabı verib.

Mitinq məsələsində “yananların” seçki mövzusunda təşkil etdikləri sorğunun nəticələrinə də göz gəzdirdik. Sual belə idi: “Azərbaycanda normal seçki keçirilsə, kimə səs verərsiz?” 66 % İlham Əliyevin adını qeyd edib.

Bu da cəmiyyətin münasibəti. Təəccüblü heç nə yoxdur. Vətəndaşlar ölkənin taleyini 5-6 nəfər YOTUBXANA ULDUZUndan ibarət “alternativ komanda”ya etibar etmək istəmir.

Bir daha qeyd edim ki, sorğular müxalif platformalarda – xaricdə oturub dövlətə qarşı fəaliyyət göstərənlərin yaratdığı Youtube kanallarında keçirilib.  Yəni  cəmiyyət onlara öz meydanlarında “yox” cavabı verib.

Baxılıb: 45
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: